A-Qroup sığorta şirkəti Beynəlxalq qadınlar günü münasibətilə xanımlar üçün xüsusi kampaniya təklif edir
04.03.2020
Kampaniya çərçivəsində mart ayının 5-dən 15-nə kimi KASKO sığortası üçün müraciət edən xanım xidmətlərdən 25% endirim ilə yararlana biləcəklər.
KASKO sığortası hər hansı bir nəqliyyat vasitəsini gözlənilməz xərclərdən sığortalamağa imkan verir, yol qəzası və digər sığorta hadisələri nəticəsində zədələnmiş avtomobilin təmiri və bərpası üçün vurulan zərərləri təmin edir.
KASKO sığortası istənilən nəqliyyat vasitəsini gözlənilməz xərclərdən sığortalamağa imkan verir və YNH-si zamanı və digər sığorta hadisələri nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını təmin edir.
Qeyd etmək lazımdır ki, A-Qroup-un KASKO-su bir sıra üstünlüklər təqdim edir və onu digər şirkətlərdən fərqləndirir:
- Sərfəli qiymət
- Sizin günahınız olmadan baş verən hadisələrdə 0 AZN azadolma məbləği
- Hissə-hissə ödəmə imkanı
- “A-Group Mobile Concierge” Mobil əlavədə SOS düyməsi ilə hadisə yerin geolokalizasiyası və qəza komissarının dərhal hadisə yerinə çağırılması
- Pulsuz evakuasiya xidməti
- Yol nəqliyyat hadisəsi zamanı MediClub tərəfindən təcili tibbi yardım xidməti
- Avtomobilin təmiri zamanı Taksi Xidməti ilə təminat
- Hyatt Regency, Fairmont, Port Baku və Boulevard Hotel-in Fitnes mərkəzlərində Endirim
- RADIUS Təkər Mərkəzindən 15% Yığım və Endirim Kartı
- “CartPoint Customizing Boutique” Studiyasında avto yuma xidmətinə PULSUZ birdəfəlik kupon
Fürsətdən istifadə edərək xanımlarımızı bu gözəl zəriflik və gözəllik bayramı olan 8 mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik edirik və onlara sükan arxasında və yollarda hər zaman güvəndə olmağı arzulayırıq.
A-Qroup-un təqdim etdiyi bu kampaniyadan yararlanmağa tələsin.
A-Qroup təxminən 25 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.