|
|
|
Digər xəbərlər | | | Beynəlxalq Miqrasiya Təşkilatı Gəncə şəhərində gənclər üçün biznes təlimləri keçirib |
16.03.2020 | |
| |
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə yaxın əməkdaşlıq şəraitində 11-13 mart tarixləri aralığında Gəncə şəhərində gənclər üçün üç günlük biznes təlimi təşkil etmişdir. Təlimlər BMqT-nin Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində təşkil olunur.
İlkin seçim mərhələsini keçmiş 18 yerli gənc təlimdə iştirak etmişdir. Təlim zamanı iştirakçılar mikro biznes fəaliyyəti haqqında və bu növ biznesin idarə olunması haqda biliklərini artırdılar. Onlar həmçinin, biznes planların hazırlanması ilə tanış olmuş və biznes ideyalarının reallaşdırılmasına əlavə dəstək üçün biznes plan təqdim etmək hüququ əldə etdilər. Təlimin sonunda 13 gənc özlərinin mikro-biznes planlarını hazırlayaraq qiymətləndirilmək üçün təqdim etdi. Seçilən ideyalar sonrakı mərhələdə dəstəklənəcəkdir.
“Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində gənclərin inkişafına istiqamətlənmiş müxtəlif fəaliyyət növləri – özünəməşğulluğa, əməkbazarına çıxışa dəstək, potensialların artırılması və s. nəzərdə tutulmuşdur. Bu məqsədlə, Quba, Lənkəran və Gəncə şəhərlərində yerli gənclər üç günlük intensiv kiçik biznes təlimlərinin keçirilməsi nəzərdə tutulur. Təlimi uğurla başa vurmuş və biznes planı qiymətləndirmə komissiyası tərəfindən yüksək qiymətləndirilmiş iştirakçılara mikro sahibkarlıq fəaliyyətlərini həyata keçirmək üçün qeyri-nağd dəstək göstəriləcəkdir.
|
|
|
|