|
|
|
Sığorta | | | “AtaSığorta” ASC 2019-cu ili mənfəətlə başa vurmuşdur |
06.04.2020 | |
| |
“AtaSığorta” ASC 2019-cu il üzrə maliyyə nəticələrini açıqlamışdır. Şirkətdən verilən məlumata əsasən ötən il şirkətin cəmi gəlirləri 26,4 milyon manat, cəmi xərcləri isə 25,7 milyon manat təşkil etmişdir. “AtaSığorta” ASC 2019-cu il ərzində ümumilikdə 18,1 milyon manat sığorta haqqı toplamış və 14,6 milyon manat sığorta ödənişi həyata keçirmişdir. Şirkətin xalis mənfəəti 663 min manat olmuşdur.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.
|
|
|
|