1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Mərkəzi Bankdan pandemiya ilə əlaqədar yaranmış vəziyyətlə bağlı sığortaçılara tövsiyyə
05.05.2020

COVİD-19 pandemiyasının və enerji bazarlarında kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlığa mənfi təsirlərinin azaldılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən Tədbirlər planı təsdiq edilmişdir.

Pandemiya maliyyə bazarının tərkib hissəsi olan sığorta bazarına da öz təsirini göstərdi. Bu səbəblə xüsusi karantin rejimi şəraitində sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi, habelə sığorta istehlakçılarının hüquqlarının qorunması məqsədilə nəzarət oraqanı olan Mərkəzi Bank tərəfindən dəstəkləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Hazırlanan tədbirlər planı ilk dəfə 2020- ci il 29 aprel tarixində sığorta şirkətlərinə  göndərilmiş və sığorta mütəxəssisləri tərəfindən müsbət qiymətləndirilmişdir. Tədbirlər planın təsdiqlənməsi və ən qısa zamanda icrası məqsədilə 2020-ci il 5 may tarixində Mərkəzi Bankın nümayəndələri ilə Sığorta şirkətlərinin və Azərbaycan Sığortaçılar Assosasiyasının rəhbər şəxsləri arasında video konfrans şəklində görüş keçirildi. Keçirilən görüş zamanı tədbirlər planında mövcud bəzi nüanslar müzakirə edildikdən sonra sığorta rəhbərlərinin ortaq qərarı ilə təsdiqləndi.

Xüsusi karantin rejimi şəraitində izolasiya qaydalarına uyğun olaraq müştərilər ilə sığorta şirkəti əməkdaşları arasında fiziki təmasın minimuma enməsi sığorta xidmətlərinin göstərilməsində müəyyən çətinliklər yaratdı. Bunu nəzərə alaraq həm müştəri məmnuniyyətinin təmin edilməsi, həm də sığorta şirkətlərinin maliyyə dayanıqlığının qorunub saxlanılması məqsədilə Mərkəzi Bank tərəfindən aşağıda göstərilən istiqamətdə tədbirlərin keçirilməsi ilə bağlı Rəhbərlərə tövsiyyələr verildi:

1. Zərərlərin tənzimlənməsi ilə bağlı sığortalıların müraciətlərinin elektron poçt və elektron formada qəbul edilməsi (hadisələr barədə video və foto görüntülər daxil olmaqla);

2. Könüllü sığorta müqavilələri üzrə xüsusi karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 2020-ci il 30 sentyabr tarixinə kimi möhlətin verilməsi;

3. Sığortaçılarda biznes proseslərinin pandemiya ilə əlaqədar yeni əməliyyat şəraitinə tam uyğunlaşdırılması üçün lazımi idarəetmə və texnoloji tədbirlərin görülməsi;

4. Könüllü sığorta müqavilələrinin elektron formada bağlanılmasının təmin edilməsi (Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Sığorta fəaliyyəti haqqında” Qanunun və məlumatların mühafizəsi ilə bağlı hüquqi aktların tələbləri nəzərə alınmaqla);

5. Sığortaçıların öz internet səhifələrində xüsusi karantin müddətində iş rejimi ilə bağlı məlumatın və zərərlərin tənzimlənməsi ilə bağlı müvafiq prosedurlarını açıqlaması;

6. Sığortalıların hüquqlarının qorunması məqsədilə sığortaçılarda qaynar xəttin fasiləsiz işlək olması ilə yanaşı sığortalıların video zənglər vasitəsilə qəbulunun təmin edilməsi:

7. Sığortaçıların kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019-cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınması və 2020-ci il üzrə aralıq dividendlərinin ödənilməməsi.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment