1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta uşaqlar üçün “Psixoloq məsləhəti” və “Həkim-pediatrla telefon məsləhəti” xidmətlərini təklif edir
01.06.2020

Uşaqlarımız bizim qurduğumuz gələcək cəmiyyətimizdir. Cəmiyyətimizin sağlam olması üçün də onları sağlam bədəndə və ruhda böyütməyimiz olduqca vacibdir. Uşaqlarımızı maddi və fiziki olaraq bəsləməyimizlə yanaşı mənəvi dəstək göstərmək və sağlam xarakter formalaşdırmalarında kömək etmək də əsas öhdəliklərimiz arasındadır. Övladlarımızın qayğıya, anlayışa və dəstəyə bütün yaşlarda ehtiyacı vardır. Bütün bunları nəzərə alaraq, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə PAŞA Sığorta şirkəti öz müştərilərinə övladlarının əqli sağlamlığı ilə bağlı ödənişsiz və tam anonim psixoloq məsləhəti aksiyasını təqdim edir.

Belə ki, şirkətimizdə könüllü tibbi sığortası olan hər bir müştərimizin övladına tam təmənnasız uşaqların psixoloji sağlamlığı barədə anonim onlayn psixoloq məsləhəti xidməti təklif edilir. Bu xidmət vasitəsilə sığortası olan hər bir müştərimiz 01-03 iyun tarixləri arasında saat 12:00-dan 16:00-dək öz övladı üçün tam anonim şəkildə psixoloji dəstək ala bilər. 

Onlayn psixoloq məsləhəti çərçivəsində müştərilərimiz aşağıdakı xidmətlərdən yararlana biləcək: 

Uşaqların psixoloji durumunun qiymətləndirilməsi,

Uşaqların sağlam psixoloji inkişafı üçün məsləhətlərin verilməsi,

Uşaqların valideynlərinin bu sahədə istiqamətləndirilməsi


Xidmətdən aksiya müddətində ödənişsiz olaraq faydalanmaq üçün bütün mobil operatorlardan və şəhər nömrələrindən (+99412) 404 98 58 nömrəsinə zəng edərək əlaqə saxlaya bilərsiniz. 

Bundan əlavə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində  PAŞA Sığorta şirkəti  öz könüllü tibbi sığortası olan müştəriləri üçün övladlarının sağlamlığı barədə həkim-pediatrdan ödənişsiz telefon məsləhəti almaq imkanı da təqdim edir. Bu xidmət vasitəsilə siz aşağıdakı konsultasiyalardan istifadə edə bilərsiniz:

Yeni doğulmuş körpələrə düzgün qayğı yolları;

Uşaq xəstəliklərinin profilaktik müalicəsi;  

Uşaqlara vaxtı-vaxtında peyvəndlərin edilməsi;

Yoluxucu xəstəliklərdən qorunma metodları;

Ümumi müqavimətin gücləndirilməsi üsulları;

Patologiyaların vaxtında aşkar olunması;

Laborator və instrumental müayinələrin təhlili və ətraflı izahı


Xidmətdən aksiya müddətində ödənişsiz olaraq faydalanmaq üçün bütün mobil operatorlardan və şəhər nömrələrindən *1103 və ya (+99412) 404 44 99 nömrəsinə 01-03 iyun tarixləri arasında saat 08:00-dan 22:00-dək zəng edə bilərsiniz. 

Qeyd edək ki, hər iki aksiya 16 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulmuşdur. 

Xidmət PAŞA Sığortanın tərəfdaşı olan “Sphera health care AZ” şirkəti tərəfindən təmin edilir.

Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment