1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Mərkəzi Bank requlyator təyin edildikdən sonra sığorta sektorunun gələcəyi parlaqdır
16.06.2020

2019-cu ilin noyabr ayından etibarən sığorta bazarının tənzimlənməsi və nəzarəti funksiyası Mərkəzi Banka həvalə edildi. Bu zaman ərzində sektorda baş verən neqativ hallar tez bir şəkildə aşkarlandı və onun aradan qaldırılması üçün tədbirlər planı hazırlanmağa başlanıldı. Qarşıya qoyulan əsas məqsəd verilən qərarların beynəlxalq sığorta prinsiplərinə  uyğun olmasını təmin etməklə yanaşı eyni zamanda, beynəlxalq təcrübələrdən istifadə etməklə Azərbaycan sığorta bazarının inkişafına nail olmaqdır. Mərkəzi Bank fəaliyyətini həyata keçirərkən həm istehlakçıların hüquqlarının qorunmasına, həm də şirkətlərin dayanıqlı inkişafını təmin edilməsinə çalışır. 

Məlumdur ki, hal –hazırda Azərbaycan sığorta bazarının inkişafını ləngidən ən mühüm amil bu sahə ilə bağlı fiziki şəxslərin və biznes subyektlərinin yetərincə məlumatının olmaması, eləcə də bu sahəyə olan inamın az olmasıdır. Nəticədə insanlar arasında sığorta mədəniyyətinin dərinləşdirilməsinə və maliyyə savadlılığının artırılmasına illərdir ki böyük ehtiyac var. Uzun illərdir ki, Mərkəzi Bank insanlarda kredit mədəniyyətinin dərinləşdirilməsində və maliyyə savadlılığının artırılması istiqamətində çoxsaylı işlər görmüşdür.  Bu gün insanların artıq böyük bir qismi bank və bank məhsulları barəsində ətraflı məlumata malikdirlər. Bu siyasətin davamının sığorta sektorunda da həyata keçirilməsi Mərkəzi Bankın qarşıya qoyduğu əsas məsələlərdən biridir. Əhalinin sığorta sahəsində məlumatlandırılması və maarifləndirilməsi məqsədilə televiziyada çıxışlar həyata keçirilir və ekspertlər tərəfindən mütəmadi olaraq müsahibələr verilir.

Mərkəzi Bank sığorta sektorunun inkişafı üçün qarşıya həll edilməli olan bir neçə məsələ qoymuşdur.

XXI əsrin rəqəmsallaşma əsri olması bütün sahələrdə proseslərin elektron həyata keçirilməsini labüd edir. Proseslərin elektronlaşması isə həm istehlakçıların, həm də biznes subyektlərinin fəaliyyətləri zamanı bir sıra üstünlüklərin əldə edilməsinə səbəb olur. Bu həm xərclərə, vaxta qənaət etməyə, həm də proseslərin daha təhlükəsiz həll edilməsinə gətirib çıxarır. Mərkəzi Bank tərəfindən artıq uzun illərdir ki, bank sektorunda proseslərin elektron qaydada həyata keçirilməsinə başlanılıb. Hal-hazırda sığorta sektorunda da müasir dövrün tələblərinə uyğunlaşmaq və bu sektorda əlçatanlığı təmin etmək üçün elektronlaşma sisteminin qurulması istiqamətində Mərkəzi Bank tərəfindən bir sıra layihələr hazırlanır və bu istiqamətdə işlər aparılır.

İstər sığorta, istər digər bütün biznes sahələrində inkişafa mane olan əsas səbəb zəif korportiv idarəetmədir. Bunlardan ən əsası isə təcrübəli kadr çatışmazlığıdır. Təcrübəsiz kadr şirkətin müəyyən etdiyi məqsədə çatması prosesini ləngidən bəzən isə bunu mümkünsüz edən əsas amildir. Bu səbəblə Mərkəzi Bank tərəfindən sığorta sektorunun inkişafını təmin etmək, bu sahədə çalışacaq peşəkar kadrların hazırlanması məqsədilə yaxın gələcəkdə təlimlərin və kursların keçirilməsi üçün Beynəlxalq institutlarla danışıqlar aparılır. 

Sığorta haqqında qanun qəbul edilərkən həmin dövrün tələbləri və mövcud iqtisadi vəziyyəti nəzərə alınmışdı, lakin hal-hazırda qanunun müasir dövrə uyğunlaşdırılmasına ehtiyac var. Bu da sığorta qanunvericiliyinin modifikasiyasının həyata keçirilməsini lazımlı edir. Bu məqsədlə də Mərkəzi Bankın rəhbərliyi və nəzarəti altında sığorta şirkətlərinin iştirakı ilə təkliflər planı hazırlanıb və müvafiq qurumlara təqdim edilib. Belə ki, sığorta məhsullarının indiki tələblərə uyğunlaşdırılması, sığorta haqlarında müəyyən hədlərin müəyyən edilməsi, bonus-molus əmsallarının hesablanması üçün yeni üsulların müəyyən edilməsi, sığorta haqlarında və ödənişlərdə edilməli olan dəyişikliklər, qanuni həddən  daha yüksək komissiyon muzdların verilməsinin qarşısının alınması istiqamətində işlərin aparılması və s . məsələləri əhatə edən təkliflər planı hazırlanmışdır. Sığorta şirkətləri tərəfindən sığorta sektorunda mövcud olan problemlərin həll edilməsi, eləcə də istehlakçı hüquqlarının qorunması məqsədilə sığorta qanununda müəyyən istiqamətin alınması hədəflənmişdir.  

Mərkəzi Bank nəzarət orqanı təyin edildikdən sonra sığorta şirkətlərinin monitorinqinin həyata keçirilməsinə başladı ki, buna uzun illərdir ki ehtiyac var idi. Bu kimi aparılan siyasət nəticəsində 2020-ci ilin ilk 4 ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə yığımlarda 17%-lik artım müşahidə edilmişdir. 

Mərkəzi Bank istehlakçıların hüquqlarını qorumaq və sığorta sahəsində yaranan problemlərin tez bir zamanda həll edilməsi üçün qaynar xətlərinin fasiləsiz olaraq işləməsini də təmin edir. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment