Azərbaycanın həyat sığortası bazarında aktivliyi ilə seçilən “Qala Həyat” sığorta şirkəti cari ilin ikinci rübünün yekunları ilə bağlı əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında şirkətin satış komandası tərəfindən 6 210 237 manat həcmində sığorta haqqı toplanmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 278 107 manat və ya 4,7% çox olub.
Hesabat dövründə müxtəlf sığorta hadisələri üzrə ümumilikdə “Qala Həyat” tərəfindən müştərilərə 1 602 057 manat həcmində sığorta ödənişi verilmişdir. Məcmu ödənişlərdə “Kapital proqramı üzrə həyat sığortası” növü diqqəti daha çox cəlb edib. Belə ki, digər sığorta növləri ilə müqayisədə “Kapital proqramı üzrə həyat sığortası” növü üzrə ödənilən vəsaitlərin həcmi daha çox olub. Onu da qeyd edək ki, sığorta ödənişləri müvafiq qanunvericiliyə uyğun olaraq vaxtında və operativ qaydada həyata keçirilmişdir.
Həmçinin qeyd edək ki, hesabat dövründə şirkət tərəfindən yeni məhsulların hazırlanması və bazara təqdim edilməsi istiqamətində görülən işlər yüksək səviyyədə həyata keçirilmişdir. Mövcud vəziyyəti nəzərə alaraq, şirkətin məhsulyaratma qrupu tərəfindən bazara sərfəli şərtlərə uyğun olaraq “Təminatlı gələcək” və “Əmək qabiliyyətinin itirilməsi halından sığorta olunanın həyat sığortası” adlı yeni məhsullar təqdim edilmişdir. “Qala Həyat” yeni məhsullar təqdim edərək həyat sığortası bazarını canlandırmaqla yanaşı, bu sektorun inkişafına öz töhfəsini verməkdə davam edəcək.
Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, korporativ müştərilər üçün “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Zərərsiz və itkisiz sığorta”, “Klassik həyat sığortası”, “Təminatlı gələcək” və “Əmək qabiliyyətinin itirilməsi halından sığorta olunanın həyat sığortası”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı üzrə xidmətlər göstərir.