AZSIĞORTA 2020-ci ilin birinci yarımiliyi üzrə maliyyə nəticələrini açıqladı. Şirkətdən verilən məlumata əsasən, Pandemiyanın səbəb olduğu karantin tədbirlərinə baxmayaraq şirkətin maliyyə nəticələri müsbət dinamika ilə hərəkət etməkdədir.
Cari ilin ilk yarısında ölkədə pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiqi nəticəsində ümumi sığorta yığımları keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalaraq, 6,5 milyon AZN təşkil etmişdir. Bununla yanaşı, bu dövrdə sığorta hadisələrinə görə ödənişlər ötən ilin müvafiq dövründən 12% çox, yəni 2,7 milyon AZN olmuşdur. Ən iri ödəniş Daşınmaz əmlakın icbari sığortası üzrə olmaqla 330.000 AZN olmuşdur.
Tətbiq edilmiş optimallaşdırılma tədbirlərinin nəticəsi olaraq cari dövrün xərcləri keçən ilin analoji dövrünə nisbətən 26% azaldırılaraq 3,3 milyon AZN olmuşdur.
Nəticədə 2020-ci ilin birinci yarım ilində şirkətin xalis mənfəəti 1,24 milyon AZN təşkil etmişdir. Bu da 2019-cu ilin analoji göstəricisindən 36% çoxdur.
AZSIĞORTA dövrün sonuna 20.3 milyon AZN nizamnamə kapıtalı ilə yüksək kapitallaşma mövqeyinə malikdir ki, bu da şirkətə öz öhdəliklərini uğurla yerinə yetirməyə və ödəmə qabiliyyətinə zəmanət verir. AZSIĞORTA ölkədə beynəlxalq reytinqi olan sığorta şirkətidir. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi şirkətin maliyyə gücünü “B” səviyyəsində, proqnozunu isə Stabil olaraq təsdiq etmişdir.