AZSIĞORTA ASC-nin təşəbbüsü ilə “Fitch Ratings” ilə reytinqin yenilənməsi üzrə əməkdaşlıq dayandırıldığı üçün beynəlxalq reytinq agentliyi sığorta şirkətinin reytinqini əvvəlki səviyyədə təsdiqləyərək geri çağırıb.
Daha öncə xəbər verdiyimiz kimi xərclərin optimallaşdırılması və ölkədən xaricə valyuta ödənişlərinin azaltmaq məqsədilə AZSIĞORTA ASC-nin “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığını müvəqqəti dayandırılması barədə qərar qəbul etmişdir. Həmçinin, qlobal pandemiya nəticəsində maliyyə bazarlarında baş verən çalxalanmalar şirkətin reytinq yenilənməsinin əhəmiyyətini azaltmışdır.
Reytinq agentliyi ilə əməkdaşlığın dayandırılmasına baxmayaraq “Fitch Ratings” AZSIĞORTA ASC üzrə proqnozunu növbəti dəfə Dayanıqlı (stable) səviyyəsində saxlayaraq, Sığortaçının Maliyyə Gücünü (Insurer Financial Strength – IFS) “B” səviyyəsində təsdiqləyir və prosedur tələbinə əsasən geri çağırır. Agentlik sığorta şirkətinin yüksək kapitallaşmaya malik olduğunu bir daha qeyd etmişdir.
Qeyd edək ki, tətbiq olunan izolyasiya qaydaları və karantin tədbirlərinə baxmayaraq şirkətin maliyyə nəticələri müsbət dinamika ilə hərəkət etməkdədir. Beləki, 20.3 milyon AZN nizamnamə kapıtalı ilə yüksək kapitallaşma mövqeyinə malik olan AZSIĞORTA-nın cari ilin birinci yarımilliyində xalis mənfəəti 1,24 milyon manat təşkil edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 36% çoxdur.