Baki, Finance Time. «AtaSığorta» şirkətinin 2012-ci ilin 11 ayı ərzində topladığı sığorta haqları 10,112 mln. manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə, 2011-ci ilin illik səviyyəsindən isə 83,7% çoxdur.
Şirkətdən verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,9% artaraq 2,317 mln. manat təşkil etmişdir. Könüllü növlər üzrə 2,046 mln.manat, icbari növlər üzrə isə 0,271 mln.manat məbləğində sığorta ödənişləri verilmişdir.
“AtaSığorta” ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət “İcbari Sığorta Bürosu”nun təsisçisi və iştirakçısıdır. Şirkət sığortanın 22 könüllü və 4 icbari növləri üzrə məhsullar təqdim edir. Səhmdarı “AtaHoldinq” ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 5,6 milyon manat təşkil edir. Şirkətin 4 filialı və 4 nümayəndəliyi vardır.