1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Həvəskar aşpazlar virtual olaraq artıq 8 ölkəyə səfər ediblər
29.01.2021

Məşhur kulinariya qrupunda “Dünyanın dadı” adlı müsabiqə davam edir

Facebook sosial şəbəkəsinin ən dadlı kulinariya qruplarının biri olan “Азербайджанская Кухня и не только” qrupunda  artıq iki aydır “Dünyanın dadı” adlanan müsabiqə keçirilir. Bu müsabiqə çərçivəsində iştirakçılar virtual olaraq ölkələri gəzib həmin ölkələrin mətbəxlərinə aid yeməklər hazırlayırlar. Həftənin sonunda isə peşəkar aşpaz Mehman usta Hüseynöv bütün iştirakçıların işlərini qiymətləndirib qalibləri seçir və onlar müsabiqənin sponsorlarından dəyərli hədiyyələrlə mükafatlandırılırlar.

Qrup iştirakçıları artıq 2 ay müddətində 8 ölkəyə baş çəkiblər. Bu ölkələr arasında Türkiyə, İtaliya, Yaponiya, Gürcüstan, Macarıstan, Meksika və Azərbaycan olub. Bu həftə iştirakçılar İsraildədirlər. 

Nəzərinizə çatdıraq ki, bi 2 ay ərzində qrupda yuxarıda sadaladığımız ölkələrə aid 500-ə yaxın resept paylaşılıb.

 “8 həftədir ki, qrupumuz kulinariya jurnallarını xatırladır. O qədər gözəl, o qədər zövqlü reseptlər paylaşılır ki! Müsabiqəyə olan maraq gözlədiyimdən xeyli artıqdır. Müsabiqə çərçivəsində özüm də hər həftə səfər edəcəyimiz ölkənin mətbəxinə aid yeməklər hazırlayıram. Tam səmimi deyim ki, bu müsabiqə olmasaydı, çoxdan düşündüyüm bir çox yeməklər hələ də planlar siyahısında qalacaqdı. Amma məcbur olub bunu məhz müsabiqə üçün edirəm və ailəmin gündəlik rasioununa xeyli yeniliklər gətirirəm. Artıq quakamole, paprikaş, sesivi, şakşuka və s. kimi adlar hətta uşaqlarım üçün normaldır. Elə məqsəd də bu idi – ailə menumuzu genişləndirmək, dünya mətbəxini daha əlçatan etmək,” deyə Kübra Kərimli vurğulayıb. 

Ən maraqlısı isə odur ki, müsabiqənin Bakı əhalisi arasında keçiriləcəyi planlaşdırılsa da, dünyanın müxtəlif nöqtələrindən, Türkiyə, Macarıstan, Kanada, Rusiyavə s, eləcə də rayonlarımızdan da iştirakçılarımız var. Xüsusi olaraq Balakəndən yarışmaya qatılan Təhsil Nazirliyi tərəfindən yaradılan peşə təmayüllü sinif şagirdləridir. Bu siniflər Respublikanın müxtəlif məktəblərində yaradılıb və 10-11-ci sinifləri əhatə edir. 

“Balakəndə peşə təmayüllü sinif 2020-ci ilin sentyabdında Qarahacılı kənd tam orta məktəbində yaradılıb. Bizim sinifdə aqronomluq və aşpazlıq ixtisasları var. Xəbər saytlarının birində belə bir müsabiqənin keçirilməsi haqqında məlumat gördüm və dərhal şağirdlərlə bölüşüb, mütləq iştirak edin, maraqlı müsabiqədir dedim. Onlarda sevə-sevə qatıldılar və demək olar ki, hər həftə müxtəlif ölkələrin mətbəxlərinə aid gözəl nümunələr təqdim edirlər. Şagirdlərimizdən biri olan Aytac Hümbətova hətta qaliblər arasında da olub, onun işini Mehman usta çox bəyənib”, deyə Balakən üzrə Peşə təmayüllü sinfin rəhbəri Sevinc İbadova qeyd edib. 

Xatırladaq ki, növbəti həftələrdə qrup üzvləri Hindistan, Çin, Amerika və İspaniyaya virtual səyahətlər edəcəklər. 

Müsabiqəyə qoşulmaq üçün Facebookdakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/ 

Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılıb. 

Müsabiqənin baş sponsoru “Soliton” Mağazalar Şəbəkəsi, sponsorları isə “Doymak” və “Qaymaq Premium Gida”dır.

Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 20000-dən çox üzvü var.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment