Baki, Finance Time. Sığorta hadisələrinin yüksək peşəkarlıqla tənzimlənməsi məqsədilə “AtaSığorta” ASC-nin Sığorta Ödənişləri Departamenti yeni ofisdə fəaliyyətə başlayıb. Yeni ofis Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 50 ünvanında yerləşir. Müştərilərə rahat və operativ xidmət göstərilməsi məqsədilə yeni ofisdə bütün əməkdaşların çalışması üçün lazımi şərait yaradılıb. Yeni ofisin yaradılmasında əsas məqsəd xidmət keyfiyyətinin yüksəldilməsi və müştəri məmnunluğunun artırılmasından ibarətdir.
“AtaSığorta” ASC-nin Sığorta Ödənişləri Departamenti ilə aşağıdakı telefonlarla birbaşa əlaqə saxlamaq olar:
(012) 538 28 80/81; 537 14 30
(050) 225 38 39
“AtaSığorta” ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət “İcbari Sığorta Bürosu”nun təsisçisi və iştirakçısıdır. Şirkət sığortanın 22 könüllü və 4 icbari növləri üzrə məhsullar təqdim edir. Səhmdarı “AtaHolding” ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 5,6 milyon manat təşkil edir. Şirkətin 4 filialı və 4 nümayəndəliyi vardır.