A-Qroup-dan KASKO sığorta hər zaman bir çox üstünlükləri ilə digər rəqiblərindən seçilib. İndi isə A-Qroup-dan avtomobil sığortası əldə etmək artıq daha sərfəlidir: Şirkətdən KASKO sığortası əldə edən Sığortalı DrOn mobil tətbiqinin xidmətlərinə illik abunə haqqı qazanacaq.
DrOn tibbi platforması istifadəçiləri yüksək ixtisaslı terapevtlərin, pediatrların və dar ixtisaslı həkimlərlə günün istənilən saatında onlayn konsultasiya ilə təmin edir. Xidmətə bir il ərzində konsultasiya sayına məhdudiyyət qoyulmadan abunə olmaq mümkündur.
A-Qroup şirkəti Sığortalıların etimadını çox yüksək qiymətləndirir və bu çətin dövrdə onların sağlamlığının qorunması üçün mümkün olan hər şeyi edir.
A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət 25 ildən artıq, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş çeşidli sığorta məhsulları təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.