|
|
|
Sığorta | | | İnformasiya sistemi vasitəsilə icbari sığorta növü üzrə 16 min 416 müqavilə bağlanmışdır |
19.12.2012 | |
| |
İcbari Sığorta Bürosu (İSB) tərəfindən cari ilin dekabr ayının 7-dən istifadəyə verilən yeni 9707 SMS-bildiriş xidmətindən 2162 sığortalı faydalanmışdır.
İSB-dən AzərTAc-a bildirilmişdir ki, xidmətin istifadəyə verildiyi tarixdən bu günədək informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 16 min 416 müqavilə bağlanmışdır. Bağlanmış sığorta müqavilələri ilə SMS-bildiriş xidmətindən yararlanan sığortalıların sayı arasında göstərilən fərqin əsas səbəbi isə icbari sığorta müqavilələrinin informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilməsi zamanı sığortalıların mobil telefon nömrəsinin müqavilədə tələb olunan formatda doldurmaması ilə bağlıdır.
İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətlərinin əməkdaşlarından və sığorta agentlərindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığorta şəhadətnaməsini doldurarkən sığorta müqaviləsində sığortalının mobil telefon nömrəsini düzgün formatda göstərmələri tələb olunur.
Həmçinin 9707 SMS-bildiriş xidmətindən faydalanmaq istəyən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığorta müqaviləsini bağlayan sığortalılar sığorta müqaviləsinə mobil telefon nömrələrinin düzgün formatda daxil edilməsinə diqqət etməlidir.
Qeyd edək ki, bu xidmət pulsuzdur və bütün mobil operator abonentləri bu xidmətdən yararlana bilərlər.
www.azertag.com
|
|
|
|