"A-Qrup Sığorta" ASC-nin İdarə Heyətinin sədri Anar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yeni müşaviri vəzifəsinə təyin edilib.
Şirkətə rəhbərlik onun müavini Abbas Miskərliyə həvalə edilib.
Abas Miskərli İlqar oğlu
MD, MBA
1989-ci ildə Bakıda anadan olub.
2006-cı ildə №160 saylı orta məktəbi bitirib və həmin ildə “Biznes sahələrinin və istehsalatın idarə edilməsi” ixtisası üzrə Dövlət Neft Akademiyasına daxil olub. Bakalavr dərəcəsini aldıqdan sonra , 2014-cü ildə isə “Biznesin təşkili və idarə edilməsi (MBA)” ixtisası üzrə Qərb Universitetinin maqistr dərəcəsini almışdır.
2012-ci ildə İngiltərənin Beynəlxalq Çarter Sığorta Universitetində təhsilini davam edərək, 2016 ildə Dip.CII dərəcəsini almışdır.
Karyerasına, tələbə olarkən, “Beynəlxalq Sığorta Şirkəti”-də satış şöbəsinin təcrübəçisi kimi başlamışdır. Beş il ərzində Korporativ sığorta şöbəsinin müdiri vəzifəsinə yüksəlmişdir.
2012-ci ildə karyerasını “Alfa Sığorta” şirkətində sığorta və təkrarsığorta departamentinin direktoru vəzifəsində davam etmişdir.
2015-ci ildə “AZSIĞORTA” şirkətinə dəvət alaraq Korporativ Sığorta departamentinin direktoru vəzifəsində çalışırdı.
2019-cu ilin avqust ayından A-Group Sığorta şirkətində İdarə Heyəti Sədrinin müavini vəzifəsində çalışıb.