1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


SOBSAN və AZSIĞORTA yanğın hadisəsi ilə bağlı birgə bəyanat yayıb
08.06.2021

SOBSAN boya fabrikində baş vermiş yanğın nəticəsində dəyən zərərə görə, 1,7 mln. manat sığorta ödənişi edilib. Bu sığorta sektorunun tarixində ən iri sığorta ödənişlərindən biridir. SOBSAN və AZSIĞORTA şirkətlərinin birgə bəyanatında bildirilir ki, sığorta ödənişi SOBSAN boya fabrikinə dəymiş ümumi zərərin kiçik bir hissəsini əhatə edib.

AZSIĞORTA ASC-nin İdarə Heyəti sədrinin müavini Elbrus Fərzəliyev məsələ ilə bağlı bildirib ki, sığorta ödənişinin dəymiş zərərin kiçik hissəsini əhatə etməsinin səbəbi natamam sığortadır: 

“Fabrik könüllü əmlak sığortası növü üzrə real dəyərindən xeyli aşağı məbləğə sığortalanmışdı. Sığorta məbləği hadisə zamanı sığorta şirkətinin ödəməli olduğu maksimal məbləğdir. Bu məbləğdən asılı olaraq, sığorta haqqı hesablanır və sahibkarlar sığortada qənaət etmək istəyəndə əmlakın real dəyərini yox, onun bir hissəsini sığortalayırlar. 

Kiçik hadisə baş verəndə bu böyük rol oynamır, lakin SOBSAN fabriki demək olar ki, tam məhv olub. Nəticə olaraq, AZSIĞORTA şirkəti sığorta müqaviləsi üzrə öz öhdəliklərini tam yerinə yetirsə də, real zərər qat-qat yüksəkdir”.

SOBSAN fabrikinin direktoru Orxan Allahverdiyev bildirib: 

“Təəssüf ki, biz sığorta edərkən əmlakı tam dəyərinə sığortalamağın çox baha olduğunu düşünürdük. Tam sığorta təxminən 55 min manata başa gəlirdi və biz natamam sığortalanmaq ilə sığorta haqqını 7 min manatadək endirdik. Hadisə zamanı bizə 20 mln. manat ətrafında zərər dəyib. İndi isə bu zərər müqabilində tam sığorta üçün 55 min manat heç də böyük məbləğ kimi görsənmir. Faktiki olaraq, biz 48 min manat “qənaət” edib, 18 mln. manat itirdik! 

Odur ki, biz hamıya əmlakını tam dəyərinə sığortalamağı israrla tövsiyə edirik. İnanın ki, itirə biləcəyinizin müqabilində sığorta haqqı kiçik bir xərcdir.”

Xatırladak ki, ötən il Bakının Binəqədi rayonu ərazisində yerləşən SOBSAN boya fabrikində yanğın hadisəsi baş vermişdi. Yanğın zamanı 3 min kv. m. sahəyə zərər dəymişdi. SOBSAN 20 il fəaliyyət göstərən və 12 ölkəyə məhsul ixrac edən Azərbaycanın ilk boya fabrikidir.

AZSIĞORTA şirkəti 2006-cı ildən fəaliyyət göstərir və ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxildir.

Qeyd edək ki, AZSIĞORTA bir müddət əvvəl baş verən yol-nəqliyyat hadisəsinə görə, Şuşada ilk sığorta ödənişini həyata keçirib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment