1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Azərbaycanda Kəhrizlər üzrə Milli Baş Planın təqdimatına dair onlayn seminar keçirdi
29.06.2021

25 iyun tarixində BMqT-nin Azərbaycan nümayəndəliyi layihə tərəfdaşları, mütəxəssislər, müxtəlif nazirlik, dövlət təşkilatları (Prezident Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Meliorasiya və Su Təsərrüfatı ASC, AZƏRSU ASC) və təhsil qurumlarını təmsil edən nümayəndələrin iştirakı ilə kəhriz konsepsiyasını, onun sosial-iqtisadi və hüquqi aspektini, kəhriz konsepsiyasını milli su idarəetmə siyasətinə daxil edilməsinin zəruriliyini ölkədəki su ehtiyatlarından səmərəli istifadəyə dair ümumi müzakirələr çərçivəsində nəzərdən keçirtmək üçün Azərbaycanda Kəhrizlər üzrə Milli Baş Planı mövzusunda onlayn seminar keçirdi.

Görüş iştirakçılarını salamlayan BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev nümayəndəliyin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin əhəmiyyətini vurğuladı. O, təşkilatın qeyd olunan layihədən də əvvəl 20 ilə ərzində ölkə ərazsisindəki kəhrizlərin bərpa işlərini həyata keçirdiyini və BMqT-nin qazanılmış təcrübəyə əsaslanaraq  hazırlanmış kəhrizlərin bərpasını dair Milli Baş Planın layihəsini açıq müzakirəyə təqdim etməyə hazır olduğunu qeyd etdi: “Bu günkü tədbir zamanı kəhrizlərin bərpası, Azərbaycanda kəhriz sisteminin sosial-iqtisadi və ekoloji əhəmiyyəti, qanunvericilik baxımından kəhrizlərin mülkiyyətçilik məsələləri ilə əlaqədar əsas problemlər və müvafiq tövsiyələr hökümət orqanları və təhsil qurumlarının nümayəndələri ilə paylaşılacaq”.

Müstəqil ekspertlər tərəfindən layihə qrupu ilə sıx əməkdaşlıq şəraitində işlənib hazırlanmış Azərbaycanda kəhrizlərin bərpası üzrə Milli Baş Plan kəhriz ənənələrini su təchizatı sistemi və su ehtiyatlarının idarəedilməsi ilə bağlı yerli siyasətlərə tətbiq etmək məqsədi daşıyır.

Onlayn tədbir kəhrizlərin bərpası layihəsinin, kəhrizlərin bərpası prosesində yeni texnologiyaların tətbiqinin, Azərbaycanda kəhrizlərin bərpası üçün Milli Baş Planın təqdimatı ilə davam etdirildi.

Təqdimatlardan sonra iştirakçılar layihə və Milli Baş Plan haqqında onları maraqlandıran sualları vermək imkanı qazandılar.

Qeyd edək ki, BMqT-nin həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə minlərlə ailənin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.

Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.

Layihədə Kəhrizlər üzrə Milli Baş Planın hazırlanması, kəhrizlərin bərpası, kəhriz mühəndisliyi və kankanların bacarıqlarının inkişafı, hədəf bölgələrdəki məcburi köçkünlər arasında kiçik sahibkarlığın dəstəklənməsi, kəhrizdən istifadə və sudan səmərəli istifadə barədə ictimaiyyətin məlumatlandırılmasını nəzərdə tutan 6 əsas komponent nəzərdə tutulur.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment