1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


ASA: Son günlər qeydə alınan bu təbii fəlakətlər sığorta hadisəsi hesab olunur
26.08.2021

“Ölkəmizin müxtəlif ərazilərində xüsusilə son günlər intensiv şəkildə qeydə alınan təbii fəlakətlər sığorta hadisəsi hesab olunur”.

Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev mediaya açıqlamasında deyib. O bildirib ki, təbii fəlakətlərin sığortalı əmlaka vurduğu zərər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:

“Son vaxtlar ölkəmizin müxtəlif ərazilərində digər dünya ölkələrində olduğu kimi qeyri-sabit hava şəraiti hökm sürür. Bu da nəticədə təbii fəlakətlərə səbəb olur. Avqust ayı ərzində ökəmizin qərb və şimal bölgələrində, xüsusilə Qusar rayonunda 30 mm (aylıq normanın 89%-i), Tovuzda 20 mm (aylıq normanın 82%-i) yağıntı, Quba və Qusarın bəzi kəndlərində dolu düşməsi hadisələrini buna misal göstərə bilərik. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq bildirmək istəyirik ki, yuxarıda qeyd olunan halların sığortalı əmlaka zərər vurması sığorta hadisəsi hesab olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda da bildirilir ki, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və s. kimi hallar “Daşınmaz əmlakın icbari sığortası” üzrə sığorta hadisəsidir”.

E.Mirsalayev qeyd edib ki, “Daşınmaz əmlakın icbari sığortası” üzrə tarif və təminatlar bölgələrə görə dəyişir:

“Bildiyiniz kimi, “Daşınmaz əmlakın icbari sığortası” “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Müvafiq qanuna görə, yaşayış evləri və mənzillərin icbari sığortası üzrə Bakı şəhəri üçün sığorta tarifi 50 manat, sığorta təminatı 25 min manatdır. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində tarif 40 manat, təminat 20 min manatdır. Respublikamızın digər ərazilərində isə tarif 30 manat, təminat məbləği isə 15 min manatdır.

Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə məbləğ isə həmin əmlakın yerləşdiyi yerə, həcminə və təyinatına görə müəyyənləşdirilir”.

İcraçı direktorun sözlərinə görə, qanunvericiliyin tələbinə əməl etməyərək əmlakını icbari qaydada sığortalamayan şəxslər üçün müxtəlif məbləğlərdə cərimələr nəzərdə tutulub:

“Əmlakın icbari sığortası qanunvericiliyə görə hər kəs üçün məcburidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərin 30 manat, vəzifəli şəxslərin 80 manat, hüquqi şəxslərin isə 200 manat məbləğində cərimə edilməsi nəzərdə tutulub”.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment