|
|
|
Digər xəbərlər | | | Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi növbəti kəhrizi bərpa edərək istifadəyə verdi |
13.09.2021 | |
| |
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonun Əhmədağalı kəndində yerləşən Qozlu kəhrizini bərpa edərək həmin ərazidə yerləşən Bənovşələr qəsəbəsi, Əhmədağalı və Kolqışlaq kəndlərinin icmasına təhvil verdi.
Su nümunəsi analizi nəticəsinə görə Qozlu kəhrizi yüksək keyfiyyətə malikdir və içməli su kimi istifadə edilə bilər. Su axını saniyədə 12 litrdir. Bənövşələr Məcburi Köçkün qəsəbəsindəki 460 ev layihə çərçivəsində Su Paylama İnfrastrukturu çərçivəsində bulaqdan istifadə edə biləcək. Əhmədağalı və Kolqışlaq kəndlərindən faydalananlar 35 hektar ərazini suvara biləcəklər.
Qeyd edək ki, adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə əhalinin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərə malikdir.
|
|
|
|