1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky istifadəçilərin cookie-fayllarını almağı təklif edən fırıldaqçılıq sxemini təhlil edib
30.09.2021

Təcavüzkarlar istifadəçilərin məlumat və pullarını əldə etmək üçün ən fərqli sxemləri sınamağa davam edirlər. Belə ki, 2021-ci ilin yanvarından etibarən Kaspersky mütəxəssisləri rus dilində yazılmış 20 skam resurs* aşkarlayıblar ki, bunlar da cookie-faylların** satıldığı birjalar tərəfindən təmsil  edilirlər. İstifadəçilərə bu cür məlumatların satışı üçün gündəlik 5,000 ABŞ dollarına qədər səxavətli pul mükafatları təklif edilib.

Əgər isifadəçi yalançı təklifə aldanıb linkə keçid edirsə, onu bazar qiymətini hesablamaq üçün guya onun cihazındakı cookie-faylları oxumağa imkan verən xüsusi xidmətin olduğu saxta bir səhifəyə yönləndirirlər. Təcavüzkarlar qurbanı 700-2000 ABŞ dolları aralığında orta məbləğlə cəlb edirlər. Rəqəmi göstərərək istifadəçiyə cookie fayllarını guya müxtəlif şirkətlərin iştirak etdiyi qurama bir hərracda satışa qoymağı təklif edirlər. Təcavüzkarlar qurbanı faylların ən yüksək qiymət təklif edənə satılacağına əmin edirlər.

Cookie-fayllar satılan birjalar tərəfindən təmsil olunan skam resurs nümunəsi

“Əgər qurban təkliflə razılaşırsa, ondan ödəniş rekvizitlərini sistemdəki hesaba əlavə etməsini istəyirlər. Bu, şəxsi kabinet balansına 6 avro yükləməklə baş tutur və fırıldaqçılar bu məbləğin qazanılmış pullarla birgə bir neçə dəqiqə ərzində geri qaytarılacağını bildirirlər. Balans artımı zamanı həmçinin bank kartı məlumatlarını daxil etmək lazım gəlir. Nəticədə istifadəçi heç bir ödəniş əldə etmir, 6 avro və ödəniş məlumatları isə təcavüzkarların əlinə keçir”, - deyə Kaspersky-nin baş məzmun təhlilçisi Tatyana Şerbakova bildirib. 

Mütəxəssislər onlayn təhlükəsizliyin əsas qaydalarını xatırladır: 

elektron poçt, sosial şəbəkələr və messencerlərdəki şübhəli linklərə keçid etməyin;

qəfil böyük məbləğli uduş və ya ödəniş təklif edən mesajlara şübhə ilə yanaşın;

lotereya, uduş və aksiyalar haqqında istənilən bildirişi mağazaların rəsmi saytlarında yoxlayın;

fişinq və ya skam saytlara keçidin qarşısını alan, məsələn, Kaspersky Internet Security kimi etibarlı qoruma həlli quraşdırın.

* 2021-ci ilin yanvar-sentyabr aylarında Kaspersky həllərinə edilmiş geridönüşlərin anonimləşdirilmiş statistikası əsasında əldə edilmiş məlumat

** Cookie faylları — veb saytlar tərəfindən məlumatların istifadəçinin cihazında saxlanılması üçün tətbiq edilən və şəbəkədən istifadəni rahatlaşdıran kiçik məlumat fraqmentləridir (məsələn, onların köməyilə saytlar şəxsin hesaba daxil olduğunu yadda saxlayır və səhifəni hər dəfə yükləyərkən şifrə daxil etməyi tələb etmir).


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment