Bakı, Finance Time. “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə ən iri sığorta ödənişini həyata keçirib.
“Atəşgah Həyat” SŞ - də sığortalanmış sənaye müəssisələrindən birinin əməkdaşı bədbəxt hadisə nəticəsində (onurğa sütununun sınması) əmək qabiliyyətini tamamilə itirmişdir.
Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 63186 AZN təşkil edib. Məbləğ zərərçəkmiş şəxsə təqdim edilib.
Hazırda “Atəşgah Həyat” SŞ-nə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 20-dən artıq sığorta hadisələri ilə bağlı müraciət daxil olub. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu 2010 - ci ilin dekabrından tətbiq olunmağa başlayıb.
“Atəşgah Həyat” SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.