1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti insan alveri ilə bağlı birgə təlim keçirib
05.11.2021

Noyabrın 4-də BMqT-nin Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə “İnsan alverinə qarşı mübarizə” mövzusunda təlim keçirib. Dövlət qurumlarının əməkdaşlarının qatıldığı təlim Miqrasiya üzrə Regional Təlim Mərkəzində təşkil olunmuşdur. 

Açılış mərasimində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, təlimin əhəmiyyətindən söhbət açıblar.

Vladimir Qyorqiyev öz çıxışında insan alverinə qarşı mübarizə üzrə yerli mütəxəssislərin təliminin vacibliyini vurğuladı. Onun sözlərinə görə qurbanlarının sayı dünya miqyasında 25 milyonu ötən insan alveri qlobal problemdir, lakin yerli və keçid xarakterli də ola bilər. O, insan alverinin yaratdığı ciddi problemlərin həlli üçün Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndəliyə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və bu problemin həllində səmərəli əməkdaşlığa görə Miqrasiya Xidmətinə, Daxili və Xarici İşlər nazirliklərinə, Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə təşəkkürünü bildirdi.

DİN, DMX, ABŞ səfirliyi və BMqT-nin Azərbaycan nümayəndəliyinin ekspertləri tərəfindən keçirilən təlim kursu İnsan alveri mövzüsuna giriş və qanunvericilik çərçivəsi”, “İnsan alverinə qarşı mübarizədə Dövlət Miqrasiya Xidmətinin rolu”, “Insan alverinə dair mübarizə və Beynəlxalq çərçivə”, “İnsan alveri üzrə effektiv nəzarət” və “2021 İnsan Alverinə dair Hesabat: Azərbaycan”mövzularını əhatə edirdi. 

Təlimin sonunda Vladimir Qyorqiyev, Vüsal Hüseynov və ABŞ səfirliyinin missiya rəhbərinin müavini Maykl Dikerson tərəfindən təlim iştirakçılarına sertifikatlar təqdim olundu. 

Qeyd edək ki, təlimin baş tutduğu Miqrasiya üzrə Regional Təlim Mərkəzi BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX-nın birgə həyata keçirdiyi “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində yaradılmışdır.  

Layihə, regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment