1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMT-nin Miqrasiya üzrə Şəbəkəsi növbəti koordinasiya iclasını keçirdi
26.11.2021

23 noyabr tarixində BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsi Şəbəkəyə üzv agentliklərin, beynəlxalq təşkilatların, hökumət, vətəndaş cəmiyyəti nümayəndələrinin, akademik dairələrin və özəl sektorun iştirakı ilə növbəti əlaqələndirmə görüşünü keçirmişdir.

Tədbirin açılış mərasimində Şəbəkənin həmsədirləri BMT-nin Azərbaycandakı Əlaqələndirici Koordinatoru Vladanka Andreyea, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və həmçinin, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış etdilər. Natiqlər öz çıxışlarında Şəbəkə daxilində birgə fəaliyyətin vacibliyini vurğuladılar. 

Vüsal Hüseynovun qeyd etdiyi kimi, “Bu qədər təcrübəli təşkilatları birləşdirən şəbəkə fərq yaratmalıdır”.

Xanım Vladanka Andreyeva miqrasiya fenomeninə diqqət çəkərək vurğuladı ki, “Miqrasiya 2030 Gündəliyinin həyata keçirilməsində və Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin hədəflərinə nail olmaqda bu fenomen dərin köklərə malikdir”.

Daha sonra iştirakçılara BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsinin 2021-2025-ci illər üçün İnkişaf Planının nəzərdən keçirilməsi prosesi haqda və 31 may 2021-ci il tarixində Şəbəkənin Katibliyi tərəfindən əvvəlki iclasda üzvlərə təqdim olunmuş tərəfdaşların rəyləri barədə məlumat verildi.

İclasın gündəliyi, həmçinin BMqT-nin Baş ofisinn nümayəndəsi cənab Culian Pfaefflin Miqrasiya üzrə Qlobal Sazişin tətbiqi üzrə Qlobal İcmal öncəsi “Beynəlxalq Miqrasiya Baxış Forumu 2022” haqqında giriş təqdimatı, eləcə də “Birgə təşəbbüslər üçün vahid fond kimi Miqrasiya fondu (M-MPTF), Azərbaycanda və regional kontekstdə fonddan faydalanmaq üçün irəliyə doğru addımlar” mövzusunda təqdimatı da əhatə edirdi .

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov görüşdən müsbət təəssürat aldığını bildirərək, İnkişaf Planının reallığa çevrilməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu vurğuladı.

Tədbirin həmsədri cənab Vladimir Qyorqiyev BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsinin əsas məqsədinin Miqrasiya üzrə Qlobal Sazişin həyata keçirilməsində Azərbaycana dəstək vermək üçün BMT-nin səylərini birləşdirmək olduğunu vurğuladı. O, "səmərəli əməkdaşlıq üçün fəaliyyətlərimizi prioritetləşdirməli və daha ətraflı ünsiyyət qurmalıyıq" dedi.

O, öz növbəsində, Şəbəkənin görüşünə qoşulan, onun fəaliyyətində iştirak edən və maraq göstərən BMT Agentlikləri, Aİ Nümayəndəliyi, Avropa Şurası, Almaniya səfirliyini, dövlət qurumlarından Dövlət Miqrasiya Xidməti, Diaspora Komitəsi, Ombudsman Aparatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, vətəndaş cəmiyyəti təşkilatları, Xəzər Universiteti və BP-nin nümayəndələrinə öz minəttdarlığını bildirdi.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment