1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi “Kəhrizlər – su və həyat mənbəyidir” başlıqlı foto sərgi və konfrans keçirdi
06.12.2021

3 dekabr tarixində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş “Kəhrizlər – su və həyat mənbəyidir” başlıqlı foto sərgi və konfrans keçirdi. 

Tədbirdə Prezident Aparatının, Nazirlər Kabinetinin, bir sıra nazirlik (İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi) və dövlət qurumlarının (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Melorasiya və Su Təsərrüfatı ASC, Azərsu ASC, Dövlət Neft Şirkəti), BMT-nin ölkədəki agentliklərinin, səfirliklərin, donor və tərəfdaş təşkilatların, təhsil və vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, layihənin icra edildiyi rayonlardan icra hakimiyyəti təmsilçiləri, icma üzvləri, layihə mühəndisləri və kəhriz ustaları iştirak edirdi. 

Giriş nitqi ilə çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Vladimir Qorjiyev, BMT-nin Azərbaycandakı rezident Əlaqələndiricisi Vladanka Andreyeva və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə Direktoru cənab Moon Jong Hyun tədbir iştirakçılarını salamlayaraq kəhrizlərn bərpasını nəzərdə tutan layihənin insanlar üçün əhəmiyyətindən danışdılar.

Açılış nitqində Vladimir Qyorqiyev ətraf mühit üzrə ən nüfuzlu mükafat sayılan Qlobal Enerji Mükafatının 2021-ci il üzrə milli qalibi seçilməsinin bu layihənin insanlar və ətraf mühitin davamlılığı üçün əhəmiyyətini və vacibliyini göstəricisi olduğunu qeyd etdi və kəhrizlərin bərpasında nümayəndəliyin dünyada ilk dəfə olaraq tətqbiq etdiyi yeni texnoloji metadologiyanın əhəmiyyətini vurğuladı:  “İnnovativ texnologiyanın tətbiqi ilə kəhrizlərin bərpası prosesi daha effektiv və təhlükəsiz olmuşdur. Bu innovativ kəhriz bərpası texnologiyası böyük potensiala malikdir və hətta Azərbaycanın hüdudlarından kənarda da yeni ekoloji su təchizatı sistemlərinin bərpası və tikintisində istifadə oluna bilər”.

Xanım Vladanka Andreyeva kəhrizlərin bərpası layihəsinin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq istiqamətində səylərinə töhfə verdiyini qeyd edərək kəhrizlərin bərpasının Azərbaycan üçün əhəmiyyətini vurğuladı.

Açılıqş nitqlərindən sonra kəhrizlərin bərpasında tətbiq olunan yeni texnologiyalrın işini əks etdirən film nümayiş olundu və layihə çərçivəsində fəaliyyəti əks etdirən fotoşəkillər, çap olunmuş kitab və nəşrlərdən ibarət sərgiyə baxış keçirildi. 

Tədbir öz işini layihənin cari icrası ilə bağlı, Azərbaycan və İngilis dilində hazırlanmış Azərbaycanda kəhrizlərin Atlası, Kəhrizlər üzrə Milli Baş Planın, Aqrar Universitetinin nəzdində yaradılmış Kəhriz İnformasiya və Tədqiqat Mərkəzi və Universitetdə Kəhriz Mühəndislik kursunun tədrisi ilə bağlı təqdimatlar, həmçinin kəhrizlərin bərpasında çalışan ustaların və icma nümayəndələrinin çıxışları dinlənildi.

Kəhrizlərin bərpası BMqT-nin Azərbaycanda həyata keçirdiyi ən mühüm və zamanında həyata keçirilən tədbirlərdən biridir. Nümayəndəlik 1998-ci ildən etibarən Azərbaycanda kəhrizlərin bərpası ilə məşğuldur. Həmin vaxtdan Azərbaycanın müxtəlif bölgələrində müxtəlif layihələr çərçivəsində 166 kəhriz bərpa edilib. Uğurlu keçmiş və unikal təcrübəsinə əsaslanaraq, nümayəndəlik hazırda KOICA-nın maliyyə dəstəyi ilə ənənəvi, dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası yolu ilə regionlardakı əhalinin təhlükəsiz və ardıcıl su təchizatı ilə təmin etmək üçün dörd illik layihəni həyata keçirir. Əvvəlki layihələr kimi, cari layihə də gender, idarəetmə və ətraf mühitin mühafizəsi kimi məsələlərə xüsusi diqqət yetirərək icma əsaslı yanaşmanı həyata keçirməyə davam edir.

Umümilikdə layihə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) prinsiplərini həyata keçirilməsi səylərinə bir sıra istiqamətlərdə töhfə verir. Bu istiqamətlərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi (1-ci Məqsəd), qadınların imkanlarının artırılması və qərar vermə proseslərində iştirakının təmin olunması, aid olduqları icmalarda liderlik rollarının artırılması (5-ci Məqsəd), ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi (6-cı Məqsəd) daxildir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment