Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ölkə səviyyəsində təşkil olunmuş təbliğat və maairifləndirmə layihəsinin birinci mərhələsi uğurla başa çatıb.
İlk mərhələdə ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və sosial media kanalları vasitəsilə əhalidə və biznes dairələrində sığorta sahəsində risk mədəniyyətinin formalaşdırılması başlıca prioritet olub.
Qeyd edilən istiqamətdə radio və televiziya kanallarında 60 dəfədən çox maarifləndirici verilişlər təşkil olunub, yazılı mediada isə 90 dəfəyə yaxın reportaj və xəbərlər dərc olunub. Sığorta sahəsində xeyli sayda müxtəlif məzmunlu marifləndirici və təbliğat materialları hazırlanaraq effektiv media kanalları vasitəsilə geniş əhatədə yayımlanması təmin olunub. Bu və eyni zamanda sosial şəbəkələr üçün hazırlanmış materiallar vasitəsilə ehtimal edilən risklərin yarada bilələcəyi itkilərin qarşısının alınmasında sığortanın faydasına dair ictimaiyyətə dəstəkləyici mesajlar verilib.
Müvafiq istiqamətdə atılan addımlar sığorta bazarının artım tempində də özünü göstərməyə başlamışdır. 2021-ci ilin yanvar-noyabr ayları ərzində sığorta haqqlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15% artıb. Belə ki, müvafiq dövr ərzində təmin olunmuş sığorta yığımları 767 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisə 100 milyon manat çoxdur.
Sığorta savadlılığının artırılması layihəsi növbəti ildə də davam etdiriləcək, əhaliyə sığorta sinifləri ilə bağlı maarifləndirici məlumatlar ötürüləcək.