1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib
19.01.2022

IFI Claims Direct Kaspersky-ni 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edib. Analitik hesabata görə, bu dövr ərzində İT həlləri satıcıları tərəfindən ABŞ-da 43 patent qeydiyyatdan keçirilib. Öz fəaliyyət dövrü ərzində Kaspersky ABŞ-da 412, Rusiya, AB, Çin və Yaponiya da daxil olmaqla, bütün dünyada isə 1200 patent əldə edib.  

Kaspersky kiber təhlükəsizlik sahəsində daim yeni texnologiyalar hazırlayır və patentləşdirir. Bu innovasiyalar həm fərdi istifadəçilər, həm də iri korporasiyalar və dövlət müəssisələri üçün proqressiv və hərtərəfli həllər və xidmətlər portfeli hazırlamağa imkan verir. Şirkət şəbəkə və kompyuter təhlükəsizliyi, maşın öyrənməsi, informasiya təhlükəsizliyi, həmçinin avtomobil texnologiyaları və təhlükəsizliyi kimi öz həlləri ilə əlaqədar sahələrdə patent üçün müntəzəm olaraq müraciətlər edir. 

Ötən il ABŞ-da verilən patentlərin sayında 7% azalma müşahidə olunub. Patent sayında artım qeydə alınan yeganə sahə Kaspersky-nin fəaliyyətinin əsas istiqaməti olan maşın öyrənməsi də daxil olmaqla, alqoritmlərə əsaslanan kompyuter sistemləri sahəsi olub. IFI Claims Direct-in hesabatına görə, ötən iki il ərzində Kaspersky tərəfindən patentləşdirilən əsas texnologiya sahələrinə şəbəkə memarlığı, məlumatların təhlükəsiz ötürülməsi protokolları və alqoritmlərə əsaslanan kompyuter sistemləri daxil olub. 

“İnnovativ texnologiyaların yaradılması Kaspersky üçün hər zaman əsas prioritetlərdən biri olub. Şirkətin fəaliyyətinin IFI Claims hesabatında qeyd edilməsinə görə çox şadıq, bizim mütəxəssis komandamız bu uğura layiqdir. ABŞ bazarında patent liderliyi texnoloji yaradıcılığa bağlılığımız və öz texnoloji imkanlarımızı bütün dünya istifadəçiləri üçün əlçatan etmək niyyətimizi sübut edir”, - deyə Kaspersky-nin intellektual mülkiyyətin strateji inkişafı şöbəsinin rəhbəri Anton Tixomirov bildirib.

Kaspersky-nin texnologiyaları haqqında daha ətraflı buradan öyrənə bilərsiniz.

* IFI Claims Direct – tətbiq istehsalçıları, məlumatlar haqqında elm sahəsində çalışan mütəxəssislər və məhsul üzrə menecerlər üçün qlobal patent məlumat bazası və veb xidmətidir. IFI şirkəti dünya üzrə qeydə alınmış 145 milyon patent ilə intellektual mülkiyyət sahəsində məlumatların təhlili sahəsində aparıcı şirkətdir. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment