Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi məcburi köçkün ailələrinə bazar qiymətləndirmələri, təlimlər və qrantlar daxil olmaqla mikro və kiçik sahibkarlıq müəssisələrinin yaradılmasına dəstək verməklə özünüməşğulluq imkanları yaratmaq istiqamətində təşəbbüslərini davam etdirir. Nümayəndəlik Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin Kiçik Biznesə Dəstək komponenti çərçivəsində biznes təlimlərinin davamı olaraq biznes planları uğurlu hesab edilən iştirakçılara qeyri-nağd qrantlar verilməsini həyata keçirir.
Layihə çərçivəsində Ağdam rayonun məskunlaşmış 5 nəfər məcburi köçkünün gözəllik salonları üçün lazımi avadanlıq və ləvazimatlarla əldə edilərək onlara təqdim olunmuşdur.
İndiyədək Ağdam və Ağcabədi rayonlarında yaşayan 9-u qadın və 14-ü kişi olmaqla 23 nəfər məcburi köçkünlərin biznesinə qeyri-qrant şəkilində dəstək göstərilmişdir. Dəstək göstərilən kiçik biznes sahələrinə heyvandarlıq, gözəllik və dərzilik salonları daxildir.
Ümumilikdə, pilot rayonlar olan Ağdam və Ağcabədi rayonlarında keçirilən biznes təlimlərində iştirak edən 61 iştirakçıdan Ağdam rayonunda yaşayan 23 nəfər, Ağcabədi rayonundan isə 14 nəfər məcburi köçkünün biznes planları dəstəklənmək üçün seçilmişdir.
Qeyd edək ki, layihənin biznesin inkişafı komponenti çərçivəsində hədəf ərazilərində məcburi köçkün icmalarına yönəlmiş fəaliyyətlər üç hissədən ibarətdir: fərdi təşəbbüslərin inkişafı üçün etibarlı məlumat bazasının yaradılması; məcburi köçkün icmalarının maliyyə savadlılığının artırılması və özünüməşğulluğun təşviqi. Bu fəaliyyətlər, həmçinin məcburi köçkünlərin həyat səviyyələrini yaxşılaşdırmağa və onların cəmiyyətin həyatındakı iştiraklarını təşviq etməyə dəstək vermək məqsədi daşıyır.
İcmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisini də özündə cəmləşdirən komponentlərə bağlı görülən işlərə əlavə olaraq, adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə əhalinin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə, kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir.