Regional inkişaf strategiyasını davam etdirən A-Qroup sığorta şirkəti Şəki şəhərində yeni nümayəndəliyini açıb.
Şəbəkənin genişləndirilməsi şirkətin inkişafının prioritet istiqamətlərindən biridir. Şəkidəki nümayəndəlik həm fiziki şəxslər, həm də korporativ müştərilər üçün A-Qroup tərəfindən hazırlanmış tam çeşidli xidmətlər və sığorta məhsullarını təqdim edəcək. Sığortalılar müqavilələrin bağlanması/yenilənməsi, eləcə də sığorta ödənişlərin zamanı ixtisaslı və operativ yardım alacaqlar.
A-Qroup sığorta şirkətinin İdarə Heyətinin sədri Abas Miskərlinin rəhbərliyi ilə açılış mərasimində baş və regional idarələrin departamen və şöbə müdirləri iştirak ediblər.
Şəki şəhərində yerləşən A-Qroup komandası təcrübəli sığortaçılar və məsul mütəxəssislərdən ibarətdir.
Agent şəbəkəsinin inkişafı və pərakəndə satışın artması şirkətin strateji hədəfləridir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün A-Qroup ölkənin regionlarında ofislərinin sayını artırmaqda davam edir. Bu gün şirkət artıq : Bakı, Gəncə, Quba, Lənkəran və Azərbaycanın digər şəhərlərində təmsil olunur.
A-Qroup-un yeni nümayəndəliyi Şəki şəhəri, Mirzə Fətəli Axundov pr.6 ünvanında yerləşir.
Xatırlatmaq istərdik ki, A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 26 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə genişçeşidli sığorta məhsulları təqdim edərək 14 növ könüllü və 3 icbari sığorta növü üzrə yüksək ixtisaslı xidmətlər təqdim edir.