1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Managed Detection and Response” xidməti Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb
22.02.2022

Kaspersky insidentlərin monitorinqi üçün nəzərdə tutulan Kaspersky Managed Detection and Response həllinə görə Gartner Peer Insights reytinqində müştərilərdən ən yüksək qiyməti alıb. Şitkət 33 təsdiqlənmiş rəy üzrə 5 mümkün baldan 5 bal əldə edib, yəni müştərilərin 100%-i onun xidmətini tövsiyə etməyə hazırdır. Rəylər dünya üzrə müxtəlif sahələr, o cümlədən, dövlət müəssisələri, xidmət şirkətləri, maliyyə təşkilatları, istehsalat müəssisələri, səhiyyə təşkilatlarında çalışan mütəxəssislər tərəfindən bildirilib. 

Kaspersky-nin həllinin müştərilər tərəfindən qeyd edilən əsas üstünlüyü günboyu iş rejimi, şirkətin əməkdaşlarının kibertəhdidlərdən müdafiə sahəsində yükək təcrübəsi və biliyi, xidmətin etibarlı və rahat istifadəsi olub. Xidmət maşın öyrənmə mühərriki də daxil olmaqla, aşkarlama texnologiyalarını və şirkətin istənilən mürəkkəblikdə təhdidin aktiv şəkildə axtarışı və aradan qaldırılması sahəsində geniş təcrübəsini bir araya gətirir. 

Bəzi rəyləri nəzərinizə çatdırırıq: 

“Kaspersky hərtərəfli dəstək göstərir, şirkətin mütəxəssisləri hər zaman kömək etməyə can atırlar. Xidmətdən iki ilə yaxındır ki, istifadə edirik və hər dəfəsində onun doğru seçim olduğundan əmin oluruq”, - səhiyyə sahəsində kibertəhlükəsizlik və risklərin idarəedilməsi üzrə mütəxəssis.

“Biz şirkətdə təhlükəsizlik səviyyəsini artırmaq və kiberhücumlara cavab tədbirləri zamanı peşəkar yardım almaq üçün Kaspersky MDR-ni seçmişik. Aktiv fəaliyyət tələb etməyən bir neçə kiçik insidentlə qarşılaşmışıq (bunlar elektron məktublardakı təhlükəli əlavələr idi). Amma qurğulardan birinin yoluxduğundan şübhələndiyimiz zaman Kaspersky-nin mütəxəssisi bizə zəng edərək, nəticələri minimuma endirmək üçün məhz hansı addımları atmalı olduğumuzu söylədi. Həqiqi bir hücum zamanı zərəri azaltmaq üçün təcrübəli bir mütəxəssisin köməyi əvəzolunmaz və vacibdir. Biz məhsuldan çox razıyıq və özümüzü istənilən hücumu dəf etməyə hazır hiss edirik”, - istehsalat şirkətində sistem administratoru. 

“Məhsul sayəsində iş yükünü daxili informasiya təhlükəsizliyi mütəxəssisləri və Kaspersky əməkdaşları arasında bölüşdürə bilirik. Nəticədə şirkət daxilində ən vacib vəzifələri həll etmək üçün imkanlarımızı daha effektiv şəkildə əlaqələndirə bilirik”, - dövlət qurumunda kibertəhlükəsizlik və risklərin idarə edilməsi üzrə mütəxəssis.

“Kaspersky Managed Detection and Response xidmətini yüksək qiymətləndirdiklərinə görə istifadəçilərə minnətdarıq və söz veririk ki, məhsulumuzun yüksək keyfiyyətini qoruyub saxlayacaq və onun təkmilləşdirilməsi üzərində işləyəcəyik. Biz hər şeyi edirik ki, müştərilərimiz diqqətlərini biznesin inkişafına yönəltsinlər, kiberhücumların dəf edilməsini isə biz öz üzərimizə götürürük”, - Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edib.

Kaspersky Managed Detection and Response haqqında Gartner Peer Insights-da toplanan bütün rəyləri buradan oxuya bilərsiniz. 

Kaspersky Managed Detection and Response haqqında daha ətralı məlumatı isə buradan əldə edə bilərsiniz: https://www.kaspersky.ru/enterprise-security/managed-detection-and-response.

Gartner Peer Insights reytinqi son istifadəçilərin şəxsi təcrübələrinə əsaslanan subyektiv fikirlərini əks etdirir. Dərc edilən rəylərin sayı və konkret satıcının ümumi reytinqi Gartner və ya onun hər hansı tərəfdaşının mövqeyi kimi qəbul edilə bilməz. GARTNER və Gartner Peer Insights™ Gartner, Inc-in ticarət nişanlarıdır və onun icazəsi ilə istifadə olunur. Bütün hüquqlar qorunur.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment