1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Sosial Xidmətlər Agentliyində “İnsan alverinə qarşı mübarizə” mövzusunda təlim təşkil e
05.03.2022

Martın 3-də BMqT-nin Azərbaycan nümayəndəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial Xidmətlər Agentliyi ilə birgə “İnsan alverinə qarşı mübarizə” mövzusunda təlim sessiyası təşkil etdi. Sosial Xidmətlər Agentliyində keçirilən təlimin rəsmi açılış mərasimində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və ABŞ səfirliyinin missiya rəhbərinin müavini Maykl Dikerson iştirakçıları salamlayaraq təlimlərin vacibliyindən söz açdılar.

Açılış nitqdə Vladimir Qyorqiyev insan alveri qurbanları ilə işləyən dövlət qulluqçularına xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ekspertlər tərəfindən keçirilən təlimlərdə iştirak etmək imkanının təmin edilməsinin vacibliyini vurğuladı.

“BMqT insan alveri qurbanlarını dəstəkləmək, eləcə də Bakıda və regionda səhiyyə işçiləri arasında qurbanlarla etik davranışı təşviq etmək üçün ƏƏSMN ilə əməkdaşlıq etməkdən və hazırki təlimlə bu əməkdaşlığı bu gün də davam etdirməkdən məmnundur:  "Nazirliyin bu təşəbbüsü, ilk növbədə də öz əməkdaşları və digər qurumların təmsilçiləri arasında insan alveri üzrə biliklərin artırılması, həmçinin digər nazirliklərlə, o cümlədən insan avlerinə qarşı mübarizədə aparıcı qurum olan Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar hökümətin bu sahədə üzərinə götürdüyü öhdəliklərini və səylərini nümayiş etdirir”.

Açılış nitqlərindən sonra layihə koordinatoru Ersilia Apreda və BMqT-nin Azərbaycan nümayəndəliyindən Anar İskəndərov təlimin məqsədləri barədə iştirakçılara məlumat verdilər.

Təlim insan alveri fenomeni, insan alverinin növləri və üsulları, insan alverinə dair Azərbaycanda milli qanunvericilik, İnsan Alverinə Qarşı Mübarizə üzrə Azərbaycan Respublikasının Strategiyası, insan alveri qurbanlarına sosial yardım, qurbanların reabilitasiya və reinteqrasiyası, insan alverinə qarşı mübarizədə erkən identifikasiyanın rolu, erkən göstəricilər kimi mövzuları əhatə etmişdir. 

Təlim zamanı dövlət orqanlarının müvafiq məsul şəxsləri olan iştirakçılar insan alveri üzrə təcrübə, yanaşma, biliklərini müzakirə etmək və fikir mübadiləsi aparmaq imkanı əldə etdilər.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

2015-ci ildən etibarən BMqT tərəfindən həyata keçirilən USAID-in İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Bura insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi də daxildir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment