1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti gənclər üçün Azərbaycanda Miqrasiya üzrə Qlobal Paktın icr
31.03.2022

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti gənclər üçün Azərbaycanda Miqrasiya üzrə Qlobal Paktın icrası üzrə çoxtərəfli məsləhətləşmələr keçirib

Martın 30-da BMqT-nin Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti (DMX) gənclər təşkilatlarının nümayəndələri üçün Beynəlxalq Miqrasiya İcmalı Forumuna (BMİF) həsr olunmuş Təhlükəsiz, nizamlı və qanuni Miqrasiya üzrə Qlobal Paktın Azərbaycanda icrası ilə bağlı məsləhətləşmələr təşkil etdi. 

Tədbir BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və DMX-nin rəisi Vüsal Hüseynovun rəsmi açılış nitqləri başladı.

Qyorqiyev öz çıxışında Miqrasiya üzrə Qlobal Paktın əsas anlayışlarını, miqrasiyanın idarə olunması yollarını və Paktın həyata keçirilməsində gənclərin rolunu başa düşmək üçün ölkə gənclərinə belə məsləhətləşmələrdə və müzakirələrdə iştirak etmək imkanının yaradılmasının vacibliyini vurğuladı: “Gənclər insan mobilliyinin kritik tərkib hissəsidir və buna görə də gəncləri Paktın icrası prosesinə və bu istiqamətdə bütün müvafiq qərarların qəbulu proseslərinə maraqlı tərəf və tərəfdaşlar kimi cəlb etmək çox vacibdir”. 

Vüsal Hüseynov qeyd etdi ki, miqrasiyanın müxtəlif aspektləri üzrə təşəbbüslərin real uğura çevrilməsi üçün gənclərlə əlaqə və onların Qlobal Paktın həyata keçirilməsi üzrə fəaliyyət potensialının gücləndirilməsi vacibdir.

Miqrasiya xidmətinin rəisi gəncləri təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin edilməsi üçün təşəbbüslərdə fəal iştirak etməyə çağırdı: “BMqT-nin Azərbaycan nümayəndəliyi ilə birgə icra olunan Miqrasiya üzrə Regional Təlim Mərkəzi layihəsinin müxtəlif hədəf qrupları var ki, onların arasında gənclər də var. Beləliklə, siz bu layihənin verdiyi imkanlardan yararlana bilərsiniz”.

Məsləhətləşmələr BMqT-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Nərgiz Kərimova və BMT-nin ölkə ofisindən Orxan Rzayevin Miqrasiya üzrə Qlobal Paktın və Davamlı İnkişaf Məqsədləri haqda təqdimatları ilə davam etdi.

Daha sonra Azərbaycan Könüllü Təşkilatlar İttifaqı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan “Miqrasiya Könüllüsü” İctimai Birliyinin nümayəndələri təmsil etdikləri qurumların həyata keçirdiyi tədbirləri əks etdirən təqdimatlarla çıxış etmiş, sonda isə “Miqrasiya könüllüsü” təşkilatının üzvləri gənclərin Qlobal Paktın həyata keçirilməsinə necə dəstək verə biləcəkləri və onların töhfəsinin hansı mərhələlərdə fərq yaradacağı ilə bağlı öz fikirlərini bölüşdülər.

Vladimir Qyorqiyev yekun nitqində Qlobal Miqrasiya məsələlərinə göstərilən marağa görə bütün gənclərə təşəkkür etdi və onların rolunun mühüm əhəmiyyət daşıdığını vurğuladı.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment