1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta innovativ onlayn satış portalını təqdim edir!
12.04.2022

Əsas strateji hədəflərindən biri müştərilərinə rəqəmsal həllər və innovativ xidmət təqdim etmək olan PAŞA Sığorta şirkəti bu istiqamətdə uğurla addımlayır. Sadəcə öz müştəriləri üçün deyil, sığorta bazarındakı bütün istehlakçılar üçün həyata keçirdiyi yenilikçi fəaliyyəti ilə seçilən şirkət yeni onlayn sığorta satışı portalını təqdim edir.

Müştərilərin daha qısa müddət ərzində sığorta məhsulu əldə etməsini təmin edən yeni portal vasitəsilə sığorta əldə etmək istəyən şəxslər həm könüllü, həm də icbari avtomobil və əmlak sığortası məhsulları barədə ətraflı məlumat əldə edə, həmçinin, aktiv kampaniyalar və özəl təkliflərdən xəbərdar ola bilərlər. KASKO sığortası əldə etmək istəyən şəxslər isə avtomobil məlumatlarını daxil edərək müxtəlif KASKO məhsulları üzrə ilkin sığorta haqqı hesablamaq və sifariş etmək imkanından faydalana bilərlər. Portalda əmlak məlumatlarını daxil etməklə bölgəyə uyğun əmlak sığortası üzrə qiyməti öyrənmək, bununla yanaşı “Yaşıl Bakı” könüllü əmlak sığortası üzrə onlayn şəhadətnamə əldə etmək imkanı da mövcuddur.

Portaldan istifadə üçün əlavə qeydiyyata ehtiyac yoxdur. Sığorta məhsulları əldə etmək istəyən hər kəs https://store.pasha-insurance.az/ keçidi vasitəsilə portala daxil olaraq mərhələli şəkildə məlumatlarını daxil etməklə sığorta məhsulu əldə edə bilər. 

Platforma haqqında əlavə məlumatı FAQ bölməsindən PAŞA Sığortanın rəsmi Facebook və ya Instagram hesablarına yazaraq əldə edə etmək mümkündür.

Qeyd etmək istərdik ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment