A-Qroup Sığorta şikətinin fəaliyyətinin əsas xüsusiyyəti – onun yeni məhsul hazırlayarkən hər bir müştəriyə fərdi yanaşmasıdır. GÖYDƏNDÜŞMƏ məhsulu ilə bazara cıxmaqda məqsəd intizamlı və ehtiyatlı sürücüləri onların günahı olmadan ziyan cəkmələrinin qarışısını almaqdır.
Avtomobilin dəyərinin İldə cəmi 1%-ni ödəməklə A-Qroup Sığorta Şirkətinin müştəriləri öz nəqliyyat vasitələrini onların günahından baş verməyən bütün hadisələrdən qoruya bilərlər: yol-nəqliyyat-hadisələri, göydən düşmə nəticəsində zədələr, ücüncü şəxsin qeyri-qanuni hərəkəti, oğurluq, qacirma və başqa gözlənilməyən hadisələr.
GÖYDƏNDÜŞMƏ məhsulu - bu, pulunuza qənaət və etibarlı təminat əldə etmək üçün möhtəşəm fürsətdir. Şübhəsiz ki, bu təklif A-Qroup Sığorta Şirkətinin müştərilərini artıq xərclərdən və narahatçılıqlardan azad edəcəkdir.
Üstünlüklər:
* Yüksək səviyyədə xidmət
* Azadolma məbləği yox
* Köhnəlmə xərci yox
* Evakuasiya ilə təmin olunma
* Rəsmi orqanlarda zəruri sənədlərin toplanmasında köməklik
Xatırlatmaq istərdik ki, A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 26 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə genişçeşidli sığorta məhsulları təqdim edərək 14 növ könüllü və 3 icbari sığorta növü üzrə yüksək ixtisaslı xidmətlər təqdim edir.