1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi COVID-19 səbəbiylə ölkədə çətin vəziyyətə düşmüş 47 həssas miqranta...
14.04.2022

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi COVID-19 səbəbiylə ölkədə çətin vəziyyətə düşmüş 47 həssas miqranta zəruri yardım və dəstək göstərmişdir

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi cari ildə “Azərbaycanda həssas vəziyyətdə olan əcnəbi miqrantlara Beynəlxalq Miqrasiya Təşkilatının COVID-19 Qlobal Strateji Hazırlıq və Yardım Planı çərçivəsində dəstəyin göstərilməsi – ikinci faza” layihəsi çərçivəində 23-ü qadın, 24-ü kişi və 19 nəfər uşaqdan ibarət 7 ailə daxil olmaqla 47 həssas vəziyyətdə olan miqranta ərzaq, gigiyena, müvəqqəti mənzil təminatı və tibbi yardım kimi ilkin ehtiyaclarına yönəldilmiş zəruri yardımlar göstərmişdir. 

BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 20 halda ərzaq, 21 halda müvəqqəti yaşayış yeri ilə təmin olunma, 2 halda sənədləşmə ilə bağlı, 4 halda isə tibbi yardım göstərilmişdir.

Yardım göstərilən miqrantların 41 nəfəri Pakistan, 5 nəfəri Tailand və 1 nəfər Hindistandan vətəndaşıdır.

Yardım ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu tərəfindən maliyyələşdirilən Cənubi Qafqaz ölkələrində çətin vəziyyətə düşmüş və həssas miqrantlara (əcnəbi vətəndaşlara) humanitar yardım regional layihəsi çərçivəsində edilmişdir. 

BMqT-nin Azərbaycan nümayəndəliyinin 2020-ci ildən bəri icra olunan layihələr çərçivəsində 339 cətin vəziyyətə düşmüş həssas miqrantlara təcili ehtiyac duyulan yardımla təmin etdiyini və onların qida və gigiyena, yaşayış və tibbi yardıma olan əsas ehtiyaclarını qarşılamaq üçün miqrantlara dəstək olduğunu bildirən nümayəndəliyi rəhbəri Vladimir Qyorqiyev bu dəstəyin cari ildə də davam etdirildiyini qeyd etdi:  “COVID-19-un yayılmasının qarşısını almaq üçün tətbiq edilən hərəkət məhdudiyyətləri səbəbindən Azərbaycanda çətin vəziyyətə düşən miqrantlara dəstək olmaq üçün effektiv fəaliyyətimizi davam etdirəcəyik”.  

Hazırda BMqT-nin Azərbaycan nümayəndəliyi ehtiyacı olan həssas miqrantları müəyyənləşdirmək və onlara yardım etmək istitiqamətində fəaliyyətini davam etdirir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment