1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti Azərbaycanda Miqrasiya üzrə Qlobal Paktın icrası...
25.04.2022

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti Azərbaycanda Miqrasiya üzrə Qlobal Paktın icrası üzrə ikinci çoxtərəfli məsləhətləşmə keçirib

Aprelin 20-də BMqT-nin Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti (DMX) Beynəlxalq Miqrasiya İcmalı Forumuna (BMİF) həsr olunmuş “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Paktın Azərbaycanda icrasında bütün cəmiyyətin iştirakının vacibliyi” mövzusunda sayca 2-ci məsləhətləşmələr təşkil etdi. 

Tədbirin məqsədi “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasında və Azərbaycanda miqrasiya siyasətinin formalaşmasında bütün cəmiyyətin iştirakının vacibliyi barədə fikir mübadiləsinin aparılması idi.

Müzakirələr BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və DMX-nin rəisi Vüsal Hüseynovun rəsmi açılış nitqləri başladı.

Açılış nitqində Qyorqiyev yerli vətəndaş cəmiyyəti təşkilatlarına miqrasiyanın idarə edilməsi yollarını müzakirə etmək və Qlobal Paktın həyata keçirilməsində onların rolunu tapmaq imkanı verilməsinin vacibliyini vurğuladı. “Miqrasiya heç vaxt bitməyən bir mövzudur. Məhz buna görə də insan mobilliyi və onun tənzimlənməsi həmişə maraqlı tərəflərin və tərəfdaşların diqqət mərkəzində olmalıdır”, deyə Qyorqiyev bildirdi. 

Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov öz çıxışında qeyd etdi ki, miqrasiyanın müxtəlif aspektləri üzrə təşəbbüslərin real uğura çevrilməsi üçün Miqrasiya üzrə Qlobal Paktın həyata keçirilməsində vətəndaş cəmiyyət təşkilatlarının iştirakı vacibdir. Onun sözlərinə görə hazırda yerli QHT-lərin, xarici miqrantların və özəl sektorun nümayəndələrini bir araya toplayan və Xidmətin nəzndində yaradılan Miqrant Şurası, İctimai Şura və Məsləhət Şurası miqrasiya sahəsində problemlərin həllində dövlət qurumları və cəmiyyət arasında əməkdaşlığın yaxşı nümunəsidir.

Məsləhətləşmələr BMqT-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Nərgiz Kərimova və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun Qlobal Pakt və miqrasiya sahəsində cəmiyyət nümayəndələrinin rolu haqda çıxışları ilə davam etdi.  

Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən Miqrant Şurasının, İctimai Şuranın, Məşvərət Şurasının və Bakı Dövlət Universitetinin nümayəndələri də Azərbaycanda Qlobal Paktın tətbiqinə vətəndaş cəmiyyəti təşkilatlarının necə töhfə verə biləcəyi ilə bağlı fikirlərini bölüşdülər.

Sonda iştirakçılar miqrasiya ilə bağlı aktual məsələləri müzakirə edib, fikir mübadiləsi aparıblar.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment