1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi Beynəlxalq Pul Köçürmələri Gününü qeyd edir
16.06.2022

Hər ilin 16 iyun tarixində qeyd edilən Beynəlxalq Pul Köçürmələri Günü münasibətilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi öz ailələrinə pul köçürmələri vasitəsilə fədakarcasına maddi yardım göstərən Azərbaycanda işləyən miqrantları, eləcə də xaricdə işləyən Azərbaycanlı miqrantları salamlayır. 

BMT Baş Assambleyasının 2018-ci il tarixli qətnaməsi elan edilən bu gün pul köçürmələrinin bir çox insan, ələlxüsus kənd yerlərində yaşayanlar üçün mühüm gəlir mənbəyi, habelə ölkələrin sosial-iqtisadi inkişafı və yüksəlişi üçün bir vasitə olmasını vurğulamaq üçün bir imkandır. “Pul köçürmələrinin iqtisadi faydaları ilə yanaşı miqrantlar, həmçinin “sosial və mədəni köçürmələr edirlər,” yəni öz mənşə ölkələrində yaşayan soydaşlarına bilik, təcrübə, bacarıq, ideya və mədəni dəyərləri ötürürlər və bu, daha geniş kütlənin inkişafı üçün güclü təsir göstərir, ” deyə BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev  bildirib. 

BMqT-nin Baş Direktoru Antonio Vitorinonun Beynəlxalq #ailə pul köçürmələri gününə həsr olunmuş çıxışından: "Əsas ehtiyac əmtəələrinin ödənilməsi və insan kapitalının inkişafının maliyyələşdirilməsi pul köçürmələrinin bəlkə də ən vacib funksiyası olsa da, araşdırmalar həmçinin yerli investisiya və inkişaf üçün 190 milyard dollara qədər vəsaitin istifadə oluna biləcəyini göstərir." 

BMqT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti də pul köçürmələri üzrə müvafiq Davamlı İnkişaf Məqsədlərinə (Layiqli Əmək və İqtisadi İnkişaf barədə 8-ci DİM) çatmaq üçün BMT və Azərbaycan arasında imzalanmış Əməkdaşlığa dair Çərçivə sənədinin “Həssaslığı azaldan və dayanıqlığı təmin edən inklüziv artım haqqında” 1 saylı prioritet sahəsinə tam uyğun olaraq icra edilən “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsi ilə töhfə verir. 

Fürsətdən istifadə edərək BMqT Azərbaycan hökumətin, bankların, özəl sektorun və tərəfdaş beynəlxalq təşkilatların rəqəmsallaşdırma və maliyyə inklüzivliyi üzrə fəaliyyətlərini alqışlayır, eləcə də rəqəmsal pul köçürmələrinin inkişafının və pul köçürmələrinin təhlükəsiz və sərfəli şəkildə həyata keçirilməsi ilə əlaqədar miqrantlara köməklik göstərilməsinin davam etdirilməsi istiqamətində səyləri əsirgəməməsini xahiş edir. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment