Baki, Finance Time. 25 Yanvar 2013-cü il tarixində “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin Hesabat-Seçki konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, ASA sədri Azər Əliyev, ASA-nın təsisçi və üzvləri iştirak etmişlər.
İlk öncə Azər Əliyev konfrans iştirakçılarına 2012-ci ilin fəaliyyət hesabatını açıqlamış, ötən il ərzində ASA tərəfindən həyata keçirilmiş layihələr, görülmüş işlər barədə məlumat vermişdir.
Tədbirdə həmçinin Azər Əliyevin sədr kimi səlahiyyət müddətinin bitməsi ilə əlaqədar yeni sədr seçkiləri keçirilmişdir. Konfransda Orxan Bayramovun namizədliyi irəli sürülmüş və təsisçilərin yekdil qərarı ilə ASA-nın növbəti 3 ili üçün sədr təyin olunmuşdur.
Daha sonra Orxan Bayramov cari il üçün ASA-nın fəaliyyət strategiyasını açıqlamış, il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə konfrans iştirakçılarına məlumat vermişdir.
Sonda ASA-nın 2013-cü ilə olan büdcəsi təsdiqlənmişdir.