İş adamlarını ABB-nin İnternet Bank xidmətinin üstünlükləri ilə yaxından tanış etmək məqsədilə tədbir keçirilib. Tədbirdə ABB-nin Sahibkarlar Klubunun üzvləri bir araya gəlib. Onlara İnternet Bank xidmətinin imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, ABB korporativ müştərilərin rahatlığı məqsədilə ötən ilin sonlarında tam yeni İnternet Bank xidmətini təqdim edib. ABB-nin yeni İnternet Bank platformasında istifadə daha rahat və sadə, əməliyyatlar sürətlidir.
Bizneslərə lazım olan bütün bank xidmətlərini ABB-nin filial və şöbələrinə gəlmədən istənilən yerdən İnternet Bank vasitəsilə əldə etmək mümkündür. Yeni İnternet Bankın geniş imkanlarından həm böyük korporativ müştərilər, həm kiçik və orta sahibkarlar, həm də sahibkar fiziki şəxslər yararlana bilər.
Tədbirdə sahibkarlara ABB-nin digər məhsul və xidmətləri barədə də ətraflı məlumat verilib. Toplantıda iş adamları öz biznesləri haqqında təqdimatlar ediblər. Sahibkarlar arasında qarşılıqlı güzəşt və imtiyaz təklifləri olub, yeni əməkdaşlıqlar qurulub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.