İyulun 9-da Euronews kanalı Kaspersky tərəfindən yaradılmış “hacker:HUNTER Next Level” sənədli serialının premyerası baş tutacaq. Ekran əsəri qeyminq (video oyunlar), kiberidman və onlarla bağlı təhlükəsizlik problemlərinə həsr olunub. Serial ABŞ, Böyük Britaniya, İsveç, İspaniya və Hindistandan olan video oyun həvəskarları, kiberidman oyunçuları və etik hakerləri əhatə edən altı epizoddan ibarətdir.
İlk epizod “Gold Rush” (Qızıl Hərisliyi) adlanır. O, ABŞ-ın müxtəlif yerlədindən olan bir qrup uşağın necə milyonlarla dollar qazandığını izah edir: FIFA EA Sports-da səhv aşkar etdikdən sonra demək olar ki, qeyri-məhdud miqdarda oyundaxili valyuta yaradıblar. Serialda rəsmi olaraq heç bir dəyəri olmayan bir şeyi satmağın cinayət olub-olmadığını öyrənmək üçün nəzərdə tutulmuş məhkəmə prosesinin təfərrüatları da yer alıb.
“Career of dreams” (Xəyalların karyerası) adlı bir digər epizodda Avropanın ən uğurlu kiberidman təşkilatlarından birinin görkəmli peşəkar kiberidmançısının karyerasının qaranlıq tərəflərini araşdırılır: zorakılıq, təcavüz və onlayn təcavüz. Epizodun yayım tarixi 23 iyuldur.
“Forsaken” (Tərk dilmiş) adlanan epizod oyun sənayesinin kölgə sektoruna həsr olunub. Epizodda komanda yoldaşlarının Asiyanın ən böyük kiberidman turnirlərindən birini qazanmaq ümidlərini qıran bir kiberidman oyunçusunun hekayəsindən bəhs edilir. Buraxılış tarixi 6 avqustdur.
“Hacking Kids” (Uşaqları aldadaraq) epizodu oyun hesabları sındırılmış uşaqlardan danışır. Buraxılış tarixi 20 avqustdur.
“This is Manfred” (Bu Manfreddir) seriyası rəqəmsal vətəndaşın totalitarizmə qarşı necə müqavimət göstərə biləcəyini anlamaq üçün 20 ilini video oyunları sındırmaq və onların virtual iqtisadiyyatını öyrənməyə həsr edən “ağ” haker haqqındadır. Buraxılış tarixi 3 sentyabrdır.
Sonuncu "Speedrunning for Good" (Sürətlə sona doğru) epizodu oyunlarda qüsurlar axtaran "speedrunners" cəmiyyətindən bəhs edir. Bu bacarıq oyunçulara oyunu daha sürətli başa vurmağa və daha yaxşı nəticələr göstərməyə imkan verir. Buraxılış tarixi 17 sentyabrdır.
“İnsanlar oyun oynamağı sevirlər, lakin onlayn oyunlar həmişə təhlükəsiz olmur. Oyuna olan ehtiraslarının necə baş qaldırdıığını bölüşən uşaqlarla və FTB onların qapısını döyənədək ağıllı bir şey etdiklərini düşünən gənclərlə görüşdük. Sındırılmış bir idmançı gördük. İnsanlarla nə qədər çox danışdıqsa, bir o qədər dərk etdik ki, oyunları təhlükəsiz etmək üçün oyun sənayesi, sosial platformalar, informasiya təhlükəsizliyi şirkətləri və hökumətlərin qarşısında böyük vəzifələr durur,” deyə “hacker:HUNTER” serialının icraçı prodüseri Rayner Bok bildirib.
“hacker:HUNTER” istehsalı olan bütün filmlərə buradan baxa bilərsiniz.
* Speedrunning — kompüter oyununu sürətlə başa vurmaq.