Baki, Finance Time. Kurslar 28 yanvar 2013-cü il tarixindən start götürmüş və 07 mart 2013-ci il tarixinə qədər davam edəcəkdir.
Treninqlər Azərbaycan Aktuarlar Assosiasiyasının təcrübəli mütəxəsissləri tərəfindən həftəiçi hər gün olmaqa 2 növbədə tədris edilir.
Kursda iştirak edən 60 nəfər gəncə aktuari etikası, faiz hesablamaları, gəlirlilik faizi, yığım fondu, annuitetlər, ipoteka, istiqrazlar, statistika, ehtimallı annuitetlər, sadə pensiya modelləri və s. mövzular tədris ediləcək. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat veriləcəkdir.
Qeyd edək ki, kurslar davamlı olaraq keçiriləcəkdir.