Bir çox yeniliklər ilə xəbər portallarında daim gündəmdə olan Leobank bu dəfə yenidən seçilərək müştəriləri üçün uduşlu lotereya kampaniyası keçirməkdədir. Rəqəmsal bank olaraq Leobank onlayn tiraj keçirəcək və bankın müştərilərinə 10 ədəd İphone 13 pro smartfonunu hədiyyə etməsi barədə sosial şəbəkələrdə paylaşımlar edib.
Lotereyada qeydiyyata düşmək üçün Leobank müştəriləri əsas üç şərti yerinə yetirməlidirlər:
1. Kartın balansını Leobank tətbiqində digər bank kartından artırmalı ("Balansın artırılması" bölməsi => "Digər kartdan"). Proqram həm Android, həm də IOS istifadəçiləri üçün əlçatandır;
2. Cəm olaraq 3 balans artımı etmək kifayətdir və toplam göndərilən məbləğ ən azı 300 manat olmalıdır;
3. İstifadə olunan digər bank kartları yaddaşa qeyd olunmalıdır.
Qeyd olunan şərtləri həyata keçirmək üçün müştərilərə yay mövsümü boyunca müddət təqdim olunur.
Kampaniya 02.07.2022 - 02.09.2022 tarixlərində davam edəcək və bu müddət ərzində bütün iştirakçıları qeydə alaraq tirajda iştirak etmək üçün yekun siyahı tərtib olunacaq.
Qeydə alınan iştirakçıların arasında onlayn tiraj uduşları sentyabr ayının 8-i saat 14:00-da Leobank İnstagram səhifəsində oynanılacaq.
Sonda qalib iştirakçılar fərdi olaraq xəbərdar ediləcək və mükafatlandırılacaq.