1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Müştərilərin məmnuniyyəti bizim üçün əhəmiyyət kəsb edən prinsiplərdəndir” – “ATƏŞGAH” SIĞORTA, MÜSAHİBƏ
22.08.2022

1. Müştərilərlə sığorta şirkəti arasındakı münasibətlər necə tənzimlənir? Vətəndaşların sığorta hadisəsi ilə bağlı şikayətləri çoxmu olur? Vətəndaşların şikayətlərinə nə qədər tezlikdə baxılır və bu şikayətlər necə tənzimlənir? 

Ərizəçilərlə sığorta şirkəti arasında münasibətlər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Müraciətlərin bir növü olan şikayətlər, hər bir sahədə olduğu kimi, sığorta sahəsində də mövcuddur. Ərizəçilərin narazılığının aradan qaldırılması, müştəriyönümlülük, onların məmnuniyyəti bizim üçün əhəmiyyət kəsb edən prinsiplərimizdəndir. Hazırda “Atəşgah” Sığorta Şirkətinə daxil olan şikayət xarakterli müraciətlərin sayı normal səviyyədədir. Bu kimi müraciətlər “Atəşgah” Sığorta Şirkətində qeydiyyata alındıqdan sonra müvafiq şöbə tərəfindən digər struktur bölmələrlə birgə araşdırılır və nəticəyə uyğun şikayət ərizəsi cavablandırılaraq ərizəçiyə məlumat verilir. 

2. Sığorta hadisəsi daxil olduqdan sonra zərərin tənzimlənmə prosesi necə gedir? 

Hadisə barədə MXŞ məlumatlandırıldıqdan dərhal sonra sığorta ödənişinin həyata keçirilməsi üçün zəruri sənədlərin toplanması prosesinə başlanılır. Əmlaka münəsibətdə zərər məbləği müəyyən olunduqdan sonra müştəridən məbləğə münasibətdə razılıq ərizəsi və digər zəruri sənədlər tələb olunur. Onlayn müraciət etməkdən imtina edən şəxslər zəruri sənədlərin imzalanması üçün ofisə dəvət olunur. Son sənəd qəbulundan sonra 7 iş günü ərzində iş ödənişə göndərilir. 

3. Qiymətləndirmə prosesində çətinliklər olurmu? Olursa bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Müştəri nəticə ilə razı olmadıqda, qanunla növbəti atılmalı olan addımlar nələrdir?

Qiymətləndirmə prosesində çətinliklər olur, məsələn müştəriyə təklif olunan zərər məbləği onu qane etmir. Bu halda sığorta şirkəti müştəriyə nəqliyyat vasitələrinin təmir emalatxanasında təmir olunmasını təklif edir. Bəzi hallar olur ki, nəqliyyat vasitəsi köhnə olduğu üçün ehtiyat hissələri ikinci əl ehtiyyat hissələri ilə zərər məbləği hesablanır və buda müştərinin narazılığına səbəb ola bilir. Bu zaman müvafiq qayda və prosedurlar müştəriyə izah olunur. Lakin müştərinin təklif olunan zərər məbləğlərinin heç biri ilə razılaşmadığı hallar da olur və nəqliyyat vasitəsinin sığorta şirkətinin təyin etdiyi servisdə təmir etməkdən imtina edir. Bu kimi hallarda isə müştəriyə Azərbaycan Respublikası Mərkəzi Bankının reyesterinə daxil olan müstəqil ekspertlər təklif olunur.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment