1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


AZSIĞORTA aqrar sığortaya fokuslanır
16.09.2022

AZSIĞORTA ASC biznes strategiyasında dəyişiklik edərək aqrar və əmlak sığortası üzrə satışı genişləndirir.

Şirkət yeni strategiya ilə daha çox aqrar sığortaya fokuslanmağı, o həmçinin hər zaman güclü olduğu əmlak sığortası üzrə portfelini genişləndirməyi hədəfləyir. 

Ötən il cəmi 90 kənd təsərrüfatı subyekti AZSIĞORTA vasitəsi ilə sığorta təminatı əldə etdiyi halda, cari ilin ilk 7 ayında bu rəqəm 24 dəfə artaraq 2000-i ötmüşdür. Şübhəsiz, şirkətin bu istiqamətə daha çox resurs cəlb etməsi labüddür. Bunu nəzərə alaraq AZSIĞORTA Direktorlar Şurası, avqustun 9-da biznes strategiyasında dəyişiklik etməklə Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası üzrə satışlarını dayandırmaq qərarına gəlmişdir. Bu barədə tənzimləyici müvafiq qaydada məlumatlandırılmışdır. Əlbəttə, AZSIĞORTA qüvvədə olan bütün sığorta polisləri üzrə öhdəliklərini tam şəkildə yerinə yetirəcək.

“AZSIĞORTA öz prinsiplərinə sadiq qalaraq şirkətin maliyyə dayanıqlığını qorumaq və müştərilərə hər zaman daha yaxşı xidmət göstərmək üçün çalışır. Hazırda şirkət ölkənin aqrar sığorta sistemi ilə, Aqrar Sığorta Fondu və təsisçilərindən biri olduğumuz Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ilə əməkdaşlığı dərinləşdirərək, kənd təsərrüfatı sığortasına  fokuslanır. Eyni zamanda bizim üçün ənənəvi olan əmlak və məsuliyyət sığortası üzrə fəaliyyət də inkişaf etdiriləcək. Əminəm ki, bu yeni istiqamətlə AZSIĞORTA mövqeyini daha da gücləndirəcək, qeyd edilən sığorta növləri üzrə bazara təqdim olunacaq yeni məhsullarla müştərilərin diqqətini cəlb edəcək”, deyə AZSIĞORTA ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyev bildirib.

Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA ASC 2006-cı ildən fəaliyyət göstərir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment