1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Evdaxili Wi-Fi şəbəkəsini qonşulardan necə qorumalı
28.09.2022

Oyunlar yavaşlayır, qeyri-sabit şəbəkə səbəbindən xəyalınızdakı iş üçün video müsahibə yarıda kəsilir və videolar yavaş yüklənir? Bəlkə də ruteriniz iş yükünün öhdəsindən gələ bilmir, amma qonşulardan birinin ev şəbəkənizi istifadə etmək qərarına gəlməsi də istisna deyil. Kaspersky sizə mənzilinizdəki simsiz şəbəkəni kənar şəxslərdən necə qorumaq haqqında danışır.

Kiminsə trafikinizi oğurladığını öyrənmək üçün şəbəkənizə qoşulmuş cihazların siyahısını yoxlamaq lazımdır. Bu ruterin parametrləri vasitəsilə edilə bilər. Təəssüf ki, bütün istehsalçılar interfeysin istifadəçi üçün səmərəliliyinə əhəmiyyət vermirlər, buna görə də bir çox ruter modellərində bu siyahını anlamaq çox çətin ola bilər. Alternativ seçim olaraq Kaspersky Security Cloud təhlükəsizlik həllində ev şəbəkəsi xəritəsindən istifadə edə bilərsiniz. Onun istifadəsi çox sadə və aydındır.

Öncə ruterin parametrlərində və ya Kaspersky Security Cloud-da qoşulmuş cihazların siyahısını açın və diqqətlə yoxlayın. Ev daxilində istifadə edilən smartfonlar və noutbuklar, həmçinin smart soyuducularınız, televizorlarınız və tozsoranlarınızla yanaşı, sizə tanış olmayan bəzi adlar varsa, çox güman ki, trafik oğurlanır.

Ola bilsin ki, qonşunun oğlu sizin Wi-Fi-ın daha güclü olduğunu, şəbəkəyə qoşulub striminq üçün yararlı olduğunu öyrənib. Yaxud da kimsə yeni bir mənzilə köçüb, lakin hələ İnternetə qoşulmayıb və şəbəkənizi tapana qədər axşam TV şoularının bir hissəsi qaçırıb. Bu o qədər də təhlükəli görünməyə bilər, amma heç də belə deyil.

Yeni seriyal epizodları ilə yanaşı, qonşu təsadüfən zərərli proqramı yükləyə bilər və bu proqram daha sonra Wi-Fi vasitəsilə cihazlarınıza hücum etməyə çalışacaq. Təcavüzkar tərəfindən yüklənmiş troyan şəbəkənizə daxil olarsa, təcavüzkarlar sizin internet üzərindən göndərdiyiniz bütün məlumatlara, məsələn, pizza üçün ödəniş etdiyiniz bank kartı rekvizitlərinə və ya məxfi iş sənədlərinə çıxış əldə edəcəklər. Buna görə də, trafikdən geninə-boluna istifadəyə icazə versəniz də, kənar şəxsləri ev şəbəkənizdən çıxarmağa və onların geri qayıda bilməyəcəyinə əmin olmaqda fayda var.

Bu cür hallarda Kaspersky tövsiyə edir:

Əgər nədənsə bunu etməmisinizsə, ilk növbədə simsiz şəbəkə üçün şifrə təyin edin. Quraşdırılıbsa, lakin kənar şəxslər hələ də giriş nöqtəsinə qoşulubsa, o zaman şifrə çox sadədir və kimsə onu ələ keçirib. Şifrəni daha təhlükəsiz varianta dəyişin, lakin unutmayın ki, evdəki cihazlar və soyuducular yenidən qoşulmalı olacaq.

Mövzunun davamı olaraq: ruteri konfiqurasiya etmək üçün login və şifrənizi dəyişin. Zavod məlumatları unikal deyil - çox vaxt eyni kombinasiyalar eyni modelin minlərlə nüsxəsi üçün istifadə olunur və daha da pisi, onların siyahıları internetdə gəzir. Beləliklə, ruterdə standart parametrləri saxlamaq təhlükəsiz deyil – təcavüzkarlar öz məqsədləri üçün istifadə etmək naminə belə bir cihazı asanlıqla sındıra bilərlər.

WPS-ni söndürün. Bu funksiya şəbəkəni avtomatik konfiqurasiya etməyə imkan verir və avtorizasiya prosesini asanlaşdırır: onun vasitəsilə Wi-Fi-a qoşulmaq üçün ruterdə və cihazda xüsusi düymələri sıxmaq və ya 8 rəqəmli PİN kodu daxil etmək kifayətdir. Problem ondadır ki, bu qısa PİN güclü hücuma qarşı son dərəcə kövrəkdir və siz onu admin panelinə müraciət etmədən belə daxil edə bilərsiniz. Təcrübədə bu o deməkdir ki, şəbəkə radiusunda olan hər kəs, əgər zavod parametrlərini dəyişdirməmisinizsə və cihazın üzərində göstərilən kodu istifadə edirsinizsə, bir neçə saat və ya hətta dəqiqə ərzində açarı götürə bilər.

Ruter parametrlərində WPA2 şifrələməsinin aktiv edildiyini yoxlayın, o, məlumatlarınızı ələ keçməkdən qoruyacaq.

Wi-Fi hələ də ləng çalışırsa, nə etməli?

Əgər siz artıq çağırılmamış qonaqları uzaqlaşdırmısınızsa və internet hələ də çətinliklə çalşırsa, çox güman ki, problem başqa bir şeydir: ola bilsin ki, qalın divarlar siqnalı buraxmır, bəlkə də diapazonunuzda çox sayda rəqib cihaz var. Bu (və bəzi digər) hallar üçün Wi-Fi-ı yenidən dirçəltmək üçün nə etmək barədə bəzi məsləhətlər hazırlamışıq.

Trafiki necə düzgün bölüşməli 

Bəs əgər ümumiyyətlə belə deyilsə? Heç bir şey sizi ləngitmir, şəbəkədə heç bir yad adam yoxdur və siz qonşularınızla mehriban yaşayırsınız. Bir gün onların interneti kəsilir və nəzakətlə Wi-Fi-dan istifadə etmək üçün icazə istəyirlər. Bununla belə, trafiki bölüşməyə hazırsınızsa, onlara əsas şəbəkənizdən şifrə verməməlisiniz. Onlar üçün qonaq alt şəbəkəsi yaratmaq daha yaxşı olar. Bu yolla siz yaxşı insanlara kömək edəcək, eyni zamanda öz cihazlarınızı riskə atmayacaqsınız.

Hər zaman qoruma altında 

Əgər siz artıq ev şəbəkənizi alınmaz rəqəmsal qalaya çevirmisinizsə, öz divarlarınızdan kənarda təhlükəsizliyinizi düşünün. Ev cihzalarında fasilə vermək və kafe və ya kitabxanada işləmək qərarına gəldikdə, heç kimin sizin üçün vacib məlumatları oğurlamaması üçün internet bağlantınızı qorumağı unutmayın. Hər dəfə ictimai şəbəkələrə qoşulduqda ondan istifadə edin.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment