1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığorta Qrupunun rəhbər heyəti yeni strategiya planının müzakirəsinə toplandı
28.09.2022

Ötən gün “Atəşgah” Sığorta Qrupu “Hyatt Regency” otelinin Nizami konfrans zalında son 3 ilin nəticələrinin təhlili əsasında növbəti 3 il (2023-2025) üçün strateji planın hesabatına toplaşıb.

“Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Azər Əliyevin açılış nitqi ilə başlayan tədbirdə “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının Sədri Ruslan Əliyev, “Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri İntiqam Hüseynov, ”Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü Elçin Əhmədov, “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü Namiq Xəlilov, “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının müstəqil üzvü Yekaterina Şebarova və başqa rəhbər şəxslər, eləcə də bir sıra mühim əməkdaşlar iştirak etmişdir. Rəhbərliyin açılış nitqlərindən sonra “Atəşgah” Sığorta Qrupunun tarixinə həsr olunmuş video-rolik izlənib. Tədbirin rəsmi hissəsindən sonra son 3 il ərzində “Atəşgah” SŞ-nin qarşısına qoyduğu hədəflər üzrə görülən işlər təhlil edilmiş, növbəti 3 illik dövr (2023-2025) üçün  planlar müzakirə olunmuşdur.

Atəşgah Sığorta Şirkətinin növbəti 3 illik strategiyasının hazırlanmasında Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş dövlətimizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər əsas götürülmüşdür.

Missiya və vizyonuna daim sadiq qalan “Atəşgah” SŞ əhalini sığorta sahəsində maarifləndirmək, biznes sektorunu etibarlı maliyə müdafiəsi ilə təmin etmək, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və ekoloji təmiz mühit yaratmaq naminə son 3 ildə çoxşaxəli işlərə, layihə və tədbirlərə öz imzasını atmış, bu yolda daha çox işlər görmək üçün yeni hədəflər və strategiya müəyyən etmişdir. Ötən dövr ərzində Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Ordumuzun Zəfər qələbəsi Şirkəti yeni hədəflərə çatmaqda ruhlandırmış və  növbəti illər üçün tərtib etdiyimiz strategiyada bununla bağlı bir sıra addımlar öz əksini tapmışdır.

Belə ki, tədbir zamanı ölkəmizin zəfərlə işğaldan azad etdiyi əzəli torpaqlarımızın açdığı yeni imkanlardan yararlanaraq, işğaldan azad olmuş torpaqlarda abadlaşdırma və biznes mühitinin inkişafı yolunda edilməli olan bir sıra tədbirlər də “Atəşgah” SŞ-nin 2023-2025-cü illər strategiyasına başlıca hədəf kimi nəzərdə tutulmuşdur.

Şirkət əməkdaşlarının maliyyə bazarı və sığorta sektorunun analizi , problemlər və imkanlar barəsində müzakirələri, Şirkətin güclü və zəif tərəflərindən, iqtisadi vəziyyət və imkanlardan çıxış edərək tərtib etdiyi “SWOT” analiz gələcəkyönümlü proqnozlar qurmağa və gələcəyi daha aydın planlamağa  yardımçı olmuşdur.

Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment