Azərbaycanın ən böyük müstəqil agent şəbəkəsinə malik olan AXAMBASK öz agentlərinə investisiya yatırmağa davam edir.
Baki, Finance Time. AXA MBASK Sığorta şirkəti öz şəbəkəsində fəaliyyət göstərən sığorta agentlərinin təlimi və ixtisaslarının artırılması üzrə fəal işini davam etdirir.
Belə ki, Agent Akademiyası çərçivəsində, beynalxalq və yerli təcrübəyə əsaslanaraq xarici ve yerli peşəkar təlimçilər tərəfindən keçirdilmiş treninglər, agentlərin səviyyəsini qaldırarag öz işlərini professional şəkildə idarə etmələrinə, satış imkanlarının artırılmasına və daha müştəriyönümlü olmasına şərait yaradacag.
Tədris planına uyğun olarag, il ərzində dəvam edəcək təlimlərde ekspertlər fərqli modullar üzrə təcrübə və biliklərini paylaşacaklar – Satış, Maliyyə, Sığorta hadisələri və Anderraytinq. Bunlardan başqa agentlərə sigorta işində innovativ texnologiyaların istifadəsi praktiki şəkildə başa salınacaq.
Treningin sonunda iştirak edən agentlərə “AXA MBASK AGENT AKADEMIYASI”nın diplom və sertifikatlar veriləcək.
Qeyd edək ki, sığorta xidmətlərinin keyfiyyətinin daim təkmilləşdirilməsini qarşısına məqsəd qoyan AXA MBASK geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir. Bu gün bütün ölkə ərazisində 80-ə yaxın agentlik fəaliyyət göstərir ki, bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliliyini təmin edir.