|
|
|
Digər xəbərlər | | | Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqları Türkiyədə seminarda iştirak ediblər |
17.10.2022 | |
| |
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova və mama-ginekoloq Mehriban Əmirova 15-16 oktyabr 2022-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Beynəlxalq Genital Estetik və Kosmetik Ginekologiya mövzusunda seminarda iştirak ediblər.
Türkiyənin bu sahə üzrə nüfuzlu mütəxəssisləri fərqli tətbiqləri, öz keys təqdimatları ilə çıxışlar ediblər. Genital estetik hər yaşda olan qadınları narahat etdiyi problemlərin aradan qaldırılmasını təmin edir. Anadangəlmə və ya sonradan yaranan problemləri estetik və funksional olaraq düzəltmək üçün tətbiq edilir.
|
|
|
|