1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABA ilə Vəkillər Kollegiyası arasında Memorandum imzalanmışdır
19.10.2022

18 oktyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikası Vəkillər Kollegiyası (Vəkillər Kollegiyası) arasında birgə qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanmışdır.

Tədbir hər iki qurumun rəhbərinin iştirakçıları 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbriki ilə başlamışdır.

Memorandumu ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalamışlar.

Memorandum imzalanmasını müsbət qiymətləndirən ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev bu sənədin gələcəkdə məhkəmə-hüquq sahəsində müvafiq proseslərinin daha da təkmilləşdirilməsinə, o cümlədən bank sahəsində yaranan mübahisələrin həllində vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına dəstək olunmasına töhvə verəcəyini xüsusi qeyd etmişdir. Bu Memorandum bank və maliyyə sisteminə aid qanunvericilik aktlarının, hüquqi-normativ sənədlərin təhlili və bu istiqamətdə zəruri təkliflərin hazırlanması, maliyyə-bank sisteminə aid müvafiq qanunvericilik təşəbbüslərinin işlənib hazırlanmasında vəkillərin peşəkar iştirakını, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanması və bu qəbildən olan digər fəaliyyətlərin həyata keçirilməsinə imkan yaradacaqdır. “Məhkəmə-hüquq sistemində islahatlarin dərinləşdirilməsi haqqinda” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının qəbulu məhkəmə-hüquq sisteminin inkişafında yeni islahatların həyata keçirilməsində mühüm rol oynamişdir. Belə ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə ixtisaslaşmış məhkəmələrin və vahid məhkəmə təcrübəsinin yaradılması, elektron məhkəmə və icrası sisteminin tətbiq edilməsi və məhkəmə qərarlarının effektiv icrası sektor üçün xüsusi önəm kəsb edir. Vəkillər Kollegiyasının fəaliyyətindəki mütərəqqi dəyişikliklərin də təsiri ilə ölkəmizdə hüquqi yardım keyfiyyətinin durmadan artdığını, bu da öz növbəsində bizim sektorda xidmət və məsləhətlərin səviyyəsinin yüksəldiməsinə xidmət etdiyini qeyd edən Z.Nuriyev bank sektorunda da coxlu sayda vəkillərin çalışdığını bildirdi. O, bank mübahisələri həllində vəkillərin rolunun effektivliyinin artırılması, banklarda çalışan vəkil və hüquqşünasların güclu və nüfuzlu vəkillik institutundan bəhrələnməsi istiqamətində fəaliyyətimizin bundan sonra da davam edəcəyinə əminliyini söyləmişdir. 

Daha sonra Kollegiyanın sədri Anar Bağırov çıxış edərək, Vəkillər Kollegiyasının əsas vəzifələrindən birinin hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O həmçinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, ötən dövr ərzində Kollegiyanın fəaliyyətində şəffaflığın artırılması və vəkillik fəaliyyətinin inkişafı üçün bir sıra zəruri tədbirlər görüldüyünü, ölkədə vəkilliyin nüfuzun artırılması istiqamətində bir sıra tədbirlər görüldüyünüvurğulamışdır. Bu səbəbdən aidiyyatı qurumlarla əməkdaşlıq əlaqələrinə xüsusi önəm verildiyini qeyd edən A.Bağırov, bu Memorandumun imzalanması ilə ümumi maraqların, real imkanların və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin birləşdirilməsinə, tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaradılması və inkişaf etdirilməsinə, eləcə də normativ, maarifləndirici və digər materialların hazırlanmasında Kollegiya tərəfindən zəruri dəstək verilməsinin mümkünlüyünü xüsusi vurğulamışdır. O, həmçinin Vəkillər Kollegiyasının tərkibində biznes hüququ sahəsində ixtisaslaşan, tanınmış vəkilləri bir arada birləşdirən Biznes Hüququ Komitəsinin yarandığını və Memorandum çərçivəsində Komitə ilə ABA arasında qarşılıqlı səmərəli əməkdaşlığın olacağını da vurğulamışdır. 

Tədbirdə Vəkillər Kollegiyasının fəaliyyətinə həsr olunan təqdimat keçirilib. 

Sonda tərəflər bir-birinə xatirə hədiyyələrini təqdim etmişlər.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment