Oktyabrın 19-da Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun mükafatlandırma mərasimində Azərbaycanın şərab marşrutu “İnkişaf etməkdə olan ən yaxşı şərab turizmi məhsulu” nominasiyasında qalib olub.
Hər il İtaliyanın Sambuka-di-Siciliya əyalətində baş tutan mükafatlandırma mərasimində müxtəlif kateqoriyalar üzrə verilən mükafatlar “İter Vitis” beynəlxalq şəbəkəsinin üzv ölkələrində şərab irsini və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini daşıyır.
2009-cu ildən bəri fəaliyyət göstərən “Iter Vitis” şərabçılıq mədəni marşrutu Avropa Şurasının sertifikatlaşdırılmış mədəni marşrutu olmaqla üzümçülük və şərabçılıq mədəniyyətini təbliğ edir.
Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən “İter Vitis” beynəlxalq şəbəkəsinə 2019-cu ildən etibarən üzv qəbul olunub. 2020-ci ildə isə Azərbaycanın təşəbbüsü ilə ilk yenilikçi transmilli marşrut kimi “İter Vitis Qafqaz” şərab marşrutu yaradılıb.