|
|
|
Banklar | | | ABA-nın icraçı direktoru Yunus Abdulov 44-cü BACEE Bankçılıq Konfransında çıxış etmişdir |
22.10.2022 | |
| |
21 oktyabr 2022-ci il tarixində Macarıstanın Budapeşt şəhərində hibrid şəkildə 44-cü BACEE Bankçılıq Konfransı baş tutmuşdur.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov konfransda Azərbaycanın bank-maliyyə sektoru barədə məlumat vermis, mövcud imkanlar və çağırışlar barədə danışmışdır.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
|
|
|
|